Arzu Məmmədova: “Güzgü”-Ən qısa hekayə

Arzu Məmmədova: “Güzgü”-Ən qısa hekayə
17 dekabr 2013
# 00:00

Kulis.az Arzu Məmmədovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Güzgü” (308 işarə) hekayəsini təqdim edir.

Buranın iyi burnumu çürütdü. Axı mən bu xarabaya tualetə qoyulmaq üçün gəlməmişdim. Necə xəyallarım vardı. Gəlin xanımın baş ucuna qoyulmuş, toydan sonra sevimlisi olmuşdum. İndi isə...

Bunun əri ilə problemlərinin günahkarı mənəm elə bil. Bura elə balacadı, adam zorla yerləşir. Kimdi mənə baxan? Heç olmasa üstümdəki bu “Toyunuz mübarək” sözünü siləydilər.

# 2696 dəfə oxunub

Müəllifin son yazıları

# # #