Dilənçilər bəziləri kimi şərəfini satmır

Dilənçilər bəziləri kimi şərəfini satmır
24 may 2013
# 14:33

Dilənçilərə niyə nifrət edirik

Cəmiyyətin bir üzvü olan dilənçilər haqqında da danışmaq lazımdır, çünki kimsə onlarla ünsiyyətdə olsa, onların da adi insanlar olduğunu görəcək. Lakin heç kim cəmiyyətin dilənçilərə olan qəddar münasibətinin qarşısını ala bilməz. Belə görünür ki, hamı dilənçilər və adi işgüzar insanlar arasında mühüm fərqin olduğunu düşünür.

Dilənçilər də cinayətkarlar, fahişələr kimi diskriminasiyaya məruz qalırlar. Fəhlələrin işi var, dilənçilərsə işləmir: onlar təbiətcə parazitdirlər. Cəmiyyətdə belə bir fikir var ki, dilənçilər bənna, ədəbi tənqidçilər kimi öz hesablarına yaşamırlar. Bu, heç də təəccüblü deyil, çünki biz insan əsrində yaşayırıq və bu da çox nifrətəlayiqdir.


Bundan əlavə əgər biri məsələyə daha dərindən baxası olsaq, o zaman dilənçilərlə cəmiyyətdə müəyyən mövqe tutmuş şəxslər arasında o qədər də ciddi bir fərqin olmadığını görərik. Onlar deyir: dilənçilər işləmir. Yaxşı bəs bu iş nədir axı? Hərbi dəniz qüvvələrində çalışanlar şiş uclu külüngü yelləyir. Mühasib rəqəmləri toplayır. Dilənçi isə ilin hər fəslində, varikos yarası olsa da, xroniki bronxitə yoluxsa da küçədə dayanır və.s.

Bu da digərləri kimi bir məşğuliyyətdir, düzdür elə də yararlı deyil, amma belə baxsaq, bütün mötəbər vəzifələrin hamısı yararsızdır. Və cəmiyyətin bir üzvü olan dilənçilər qazandıqlarını başqalarınkı ilə müqayisə edir. O, əksər açıq dərman satıcıları ilə müqayisədə ən dürüst, "Sunday” qəzetinin sahibindən daha alicənab, kirayəçilərə baxanda daha lütfkardır, bir sözlə parazitdir, amma zərərsiz parazit.

Bu cəmiyyətdə qıt-qənaət keçinən insanlardan seçilən nadir adamlardandır, dürüstcə desək o, bunun haqqını qat-qat ödəyir. Məncə dilənçi cəmiyyətdə diskriminasiyaya məruz qalmamalı, aid olduğu cəmiyyətdə nifrətə səbəb olmamalıdır.

O zaman belə bir sual yaranır: dilənçilərə niyə nifrət edirik? – cavabsa belə olacaq, sadəcə olaraq nifrətə layiqdirlər. Məncə bunun səbəbi onların əxlaqi yolla pul qazanmamasındadır. Təcrübi olaraq heç kəs gördüyü işin cəmiyyət üçün yararlı olub-olmamasını eyninə almır, məhsuldar və ya qeyri-məhsuldar olmasını da: əsas məsələ pul əldə etməkdir.

Müasir həyatda enerji, sosial xidmət və digər sahələrdə əsas məsələ pul əldə etmək, bunu qanuniləşdirmək və daha çox qazanmaqdır. Pul əxlaqın əsas göstəricisidir. Əgər məsələyə bu cür baxılarsa o zaman dilənçilər aşağılanır və bunun üçün də onlara nifrət edilir. Əgər bir dilənçi bir həftəyə dilənməklə 10 funt sterlinq qazana bilərsə, o zaman bu, ləyaqətli iş hesab olunacaq.

Əgər məsələyə reallıqla yanaşası olsaq dilənçi də bir biznesmendir, hər bir biznesmen kimi o da həyatını pul qazanaraq yaşayır. Müasir dünyadakı insanların bir çoxunun etdiyi kimi o, şərəfini satmır. Onun yalnız bir səhvi var: seçmiş olduğu bu biznes ilə varlanmaq mümkün deyil.


Tərcümə: Namiq Bağırlı

Kult.az

# 2361 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #