Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisistin iki kitabı çapdan çıxıb

Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisistin iki kitabı çapdan çıxıb
10 oktyabr 2014
# 13:42

“Elm və təhsil” nəşriyyatında Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisist Əzimə Ağalarovanın iki kitabı çapdan çıxıb. Kulis.az-ın xəbərinə görə, bu bədii əsərlərdən biri “Gecələrdə gizli qaldım”, digəri isə “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlanır.

Birinci kitaba ön sözü filologiya elmləri doktoru, professor Adil Babayev, ikinci kitaba ön sözü isə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi yazıb.

Qeyd edək ki, Əzimə Xaspolad qızı Ağalarova 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1976-cı ildə Zərdab rayonundakı S.Qurbanov adına orta məktəbi, daha sonra isə Azərbaycan Xarici Dillər İnstitutunu (indiki Dillər Universitetini) bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə Daxili İşlər Nazirliyində başlayıb. 1993-cü ildən Almaniyada yaşayır.

# 1816 dəfə oxunub

Müəllifin son yazıları

# # #