Yazıçılar İttifaqının üzvü intihar etdi

Yazıçılar İttifaqının üzvü intihar etdi
21 yanvar 2013
# 11:38

Tanınmış Belarus yazıçısı və jurnalisti Yuri Qumenyuk Qrodno şəhərində ölüb.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, o, özünü anası ilə yaşadığı evin yaxınlığındakı yataqxananın 9-cu mərtəbəsindən atıb.

Y. Qumenyuk son 2 ildə Polşa radiosunun Belarus xidməti ilə əməkdaşlıq edirmiş.


O, Belarus Yazıçılar İttifaqı və Belarus PEN mərkəzinin üzvü idi.

Yazıçı 2011-ci ildə ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə, 12 sutka həbs cəzası almışdı.

musavat.com

# 1838 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #