İtaliyalı opera müğənnisi və aktrisası İrma Kapeçe Minutolo 87 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.
Minutolo 6 avqust 1935-ci ildə Neapolda anadan olub. Opera müğənnisi kimi fəaliyyətə başlayıb.
- Hollivud yazıçılarının tətili səbəbindən “Blade” filminin çəkilişləri dayandırıldı
- Oğurlanan əsərlər Türkiyəyə geri qaytarıldı
- "Bizi birləşdirən mədəniyyət" layihəsi bu dəfə Arif Babayevə həsr olundu
Kapeçe Minutolo opera karyerası ilə yanaşı, "Milanda Neapol", "Siamo Ricci və İnan", "Gənc Toskanini", "Boom" bir neçə filmdə rol alıb.
16 yaşından Misir kralı I Faruk ilə münasibətdə olub. Tədqiqatçılar onun kralla evliliyi faktını şübhəli hesab ediblər.
"Time" jurnalı kralın sağlığında müğənnini Farukun sevgilisi kimi göstərib.