Əsəd Cahangir vəzifəsindən azad edilib?

Əsəd Cahangir vəzifəsindən azad edilib?
7 oktyabr 2015
# 13:18

Əsəd Cahangir “Azərbaycan” jurnalının baş redaktorunun müavini vəzifəsindən azad edilib. Bu barədə Kulisə AYB daxili mənbələrdən məlumat verilib.

Bildirilib ki, buna səbəb Əsəd Cahangirlə jurnalın baş redaktoru İntiqam Qasımzadə arasındakı münaqişələr olub.

Xəbəri AYB-dən rəsmi şəkildə təsdiq etdirmək mümkün olmayıb, Əsəd Cahangir isə məsələdən xəbərsiz olduğunu bildirib.

Jurnalın baş redaktoru İntiqam Qasımzadə Əsəd Cahangir tərəfindən iki dəfə təhqir olunduğunu və onunla bağlı katibliyə şikayət etdiyini bildirib: "Amma şikayətin nəticəsi ilə bağlı məlumatım yoxdur."

# 1220 dəfə oxunub

Müəllifin son yazıları

# # #