Qənirə Paşayevanın yeni kitabının təqdimatı olacaq

Qənirə Paşayevanın yeni kitabının təqdimatı olacaq
27 noyabr 2015
# 13:32

Noyabrın 29-u Qənirə Paşayevanın “Sağlamlığın öz əlində…” kitabının təqdimat mərasimi keçiriləcək. Kulisin məlumatına görə mərasim saat 15:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq.

Kitabda müəllifin tibbi maariflənmə ilə bağlı müxtəlif dövrlərdə yazdığı məqalələr, Milli Məclisdə etdiyi çıxışlar yer alıb.

Mərasimdə müəllifin qələm dostlarının, ictimai-siyasi şəxslərin və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Sonda Qənirə Paşayeva oxucuları üçün kitabları imzalayacaq.

# 1907 dəfə oxunub

Müəllifin son yazıları

# # #