İnci Məmmədova: “Ov” -Ən qısa hekayə

İnci Məmmədova: “Ov” -Ən qısa hekayə
23 dekabr 2013
# 17:00

Kulis.Az İnci Məmmədovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ov” (428 işarə) hekayəsini təqdim edir.

Əli güzgünün önünə keçərək yumşaq, sıx, qara saçlarını darayıb məktəbə tələsdi.

Əli güzgünün önünə keçdi, sıx, qara saçlarını darayıb sevdiyi qızla görüşə getməyə tələsdi.

Əli güzgünün önünə keçib, cod, bir qədər seyrək, dən düşmüş saçlarını darayıb işə getməyə tələsdi.

Əli saçlarını daramaq üçün güzgünün önünə keçdi, lakin başında əvvəlki gur saçlarından əsər-əlamət görmədi. Dodağının altında öz-özünə mızıldandı: “Ömür boyu harasa tələsməkdəydim, deyəsən təndirə düşməyimə çox az qalıb...”

# 1734 dəfə oxunub

Müəllifin son yazıları

# # #