Şərif Ağayar: “Alma”-Ən qısa hekayə

Şərif Ağayar: “Alma”-Ən qısa hekayə
16 dekabr 2013
# 13:00

Kulis.az Şərif Ağayarın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Alma” ( 368 işarə) hekayəsini təqdim edir.

Həyat yoldaşım həmişə mənə işə alma qoyur. Adətən cibimdə aparıram.

Bu günlərdə aramızda balaca bir söz-söhbət oldu.

Səhəri qadın məni oyatmamış işə getmişdi. Amma stolun üstündəki əşyalarımın yanına iri bir alma qoymuşdu. Onu cibimə yerləşdirə bilmədim. Əlimdə götürdüm və metroya keçmək istəyəndə polis saxladı, sehrli çubuğu almanın o tərəf-bu tərəfində gəzdirərək heyrətlə dedi:

- Bu nədir, almanın içindən qadın səsi gəlir!

# 4425 dəfə oxunub

Müəllifin son yazıları

# # #