Rüşvət alan kişilərin arvadları haqda 10 cümlə

Rüşvət alan kişilərin arvadları haqda 10 cümlə
16 iyun 2021
# 14:45

Kulis.az rüşvət alan kişilərin xanımlarındakı 10 özəlliyi təqdim edir.

1. Rüşvət alan kişilərin arvadları yerdə qalan bütün qadınlardan xüsusi seçilir.

2. Rüşvət alan kişilərin arvadları gözəl olur, düzdür, bu gözəlliyə adətən pulla nail olurlar, ancaq nəticə etibarilə gözəl olurlar.

3. Rüşvət alan kişilərin arvadları, təbii ki, baxımlı olur.

4. Rüşvət alan kişilərin arvadları gözəl ətirlərdən istifadə edirlər və onların getdiyi yollardan xeyli müddət bahalı ətirlərin qoxusu çəkilmək bilmir.

5. Rüşvət alan kişilərin arvadları xoşbəxt görünür.

6. Rüşvət alan kişilərin arvadlarına diqqətlə baxsaq, görərik ki, onların içində daim bir həyəcan var.

7. Rüşvət alan kişilərin arvadları məclislərdə yuxarı başda oturur.

8. Rüşvət alan kişilərin arvadları yekəxana olur.

9. Rüşvət alan kişilərin arvadları simic olur.

10. Rüşvət alan kişilərin arvadları bahalı, amma zövqsüz geyimlər geyinir.

# 2581 dəfə oxunub

Müəllifin son yazıları

# # #