“Kitabi-Dədə Qorqud” özbək dilinə tərcümə olundu

"Kitabi-Dədə Qorqud"

"Kitabi-Dədə Qorqud"

28 yanvar 2022
# 13:27

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında "Kitabi-Dədə Qorqud" dastanı özbək dilinə tərcümə olunub.

Nazirlikdən APA-ya verilən məlumata görə, dastana daxil olan on iki boyu özbəkistanlı alim, tərcüman Babaxan Şarif özbək dilinə çevirib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.

# 1546 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #