Gəncədə yazıçılarla görüş keçiriləcək

Gəncədə yazıçılarla görüş keçiriləcək
1 noyabr 2016
# 14:25

Noyabrın 5-də Gəncədəki Kitabevim.az kitab mağazasında yazıçılarla oxucuların görüşü keçiriləcək.

Bu barədə saytımıza Hədəf Nəşrlərinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə yazıçılar İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq Xan və Varis Yolçiyevin imza mərasimi keçiriləcək.

Həmçinin Müşfiq Xanın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhəbbət romanının ilk təqdimatı olacaq. Görüş günü Kitabevim.az müəlliflərin kitabı endirimdə olacaq.

Görüşdə iştirak sərbəstdir. Tədbir saat 14-də başlayacaq.

# 1253 dəfə oxunub

Müəllifin son yazıları

# # #