Köhnəqala Həmid Herisçiyə cavab verdi

Köhnəqala Həmid Herisçiyə cavab verdi
8 fevral 2016
# 11:18

Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsi podyuma qaldırıldı. Hekayə çoxluq tərəfindən bəyənildiyinə görə bəzi yazar dostlarımız qıcıqlanıb. Bu gün Novruzəlinin meydana çıxmasını yersiz adlandırırlar. Halbuki, biz bir millət olaraq hələ də novruzəli adlı problemimizi həll edə bilməmişik. Bəlkə rayonlarımızdakı icra başçılarının sakinlərlə münasibəti xan-nökər münasibətindən fərqlidi? Bəlkə bizim Novruzəli ermənidən-gürcüdən savadlıdı?

Milləti özbaşına buraxan kimi yenə eşşək minməyə, təzək yandırmağa, qəbirlərə nəzir qoymağa getdi. Barak Obama yeni prezident seçilən vaxt Keniyada zənci gənclərlə görüşündə onlara demişdi, futbol oynamaq, rep deməklə inkişaf etmək olmaz, elm oxuyun, mühəndis olun, həkimliyi öyrənin.

Bu gün Azərbaycan insanının nə qədər faciəli durumda olduğunu bilmək üçün təkcə televiziyalara baxmaq kifayətdi. Hər yerdə savadsız Novruzəli yetişdirilir. Ərəb ölkələri savadsızlığa görə dağıldı. Alimi, kəşf edən beyni olmadığına görə savadlı ölkələrin nökərinə çevrildilər. Din, savadsızlıq, çalıb-oxumaq, meyxana təlqin olunan bir ölkədə normal cəmiyyət qurmaq olmaz. Bir az irəlini düşünsək dərk edərik ki, bir neçə on ildən sonra bizim millət şüursuz bir kütləyə çevriləcək.

"Poçt qutusu" hekayəsi tarixinə, qədimiliyinə görə çox qiymətli əsərdi. Üstündən illər keçdikcə bu hekayə əntiq əşyalar kimi daha da qiymətli olacaq. Hakayədəki problemləri bir millət kimi həll edib arxada qoysaq belə, o hekayə yenə də öz qiymətini itirməyəcək. Yeni tipli əsərlər yaratmaq istəyən yazara "Poçt qutusu" heç vaxt mane olmaq fikrində deyil...

# 1015 dəfə oxunub

Müəllifin son yazıları

# # #