Əsəd Cahangirdən sərt tənqid: "Hərə bir oyun qurur"

Əsəd Cahangirdən sərt tənqid: "Hərə bir oyun qurur"
28 fevral 2020
# 13:27

“Hekayə bütövlükdə toydan sonra nağara assosiasiyası doğurur”.

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış tənqidçi Əsəd Cahangir Cavid Zeynallının bu günlərdə yayımlanan “Tarix müəlliminin kədəri” hekayəsi haqda fikir bildirərkən deyib.

“Bu hekayə haqdakı söz-söhbətlər mənə Şekspirin “Heç nədən hay-küy” komediyasını xatırladır. Hekayə özü isə Molyerin “Zorən təbib” komediyasını. Bir ara belə uğursuz ajiotajı Şərifin “Şəkil” hekayəsi ətrafında yaratmağa çalışırdılar. Ondan daha öncə Seymurun “Quqark”ı ətrafında. İndi növbə Cavidə çatıb. Məncə, yeni nəsil yazarlar ortalığa imza çıxarmağa cəhd edirlər. Amma təqdim olunan və ətrafında süni canlanma effekti yaradılan bu nümunələrdə sözün ciddi anlamında ədəbiyyat olmalı deyilmi?

Ə. Cahangir daha sonra bunları əlavə edib:

“Hərə bir oyun qurur. Bu, onu göstərir ki, bizdə hələ də postmodernizm davam edir. Cavidin hekayəsi isə hətta postmodernizm də deyil, 60-70-ci illər nəsrini yada salır. Özü də o nəsrin səciyyəvi örnəkləri ilə müqayisədə çox uduzur.

Mən Cavidin istedadına inanır və onun nəhayət, bu hekayəbazlıqdan nə vaxt əl çəkib ortalığa ciddi bir roman qoyacağını gözləyirəm”.

# 2925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #