Əsgər şeirləri: GET

Əsgər şeirləri: GET
13 aprel 2015
# 14:55

Kulis hazırda əsgərlikdə olan şair Tural Balabəylinin yeni şeirlərini təqdim edir.

***

Mən səndən

çox şey istəmədim;

bir az sevgi,

bir az sədaqət,

bir az da xoşbəxtlik...

Sənsə mənə

tam əksini verdin;

bir az yalan,

bir az xəyanət,

bir azda bədbəxtçilik...

Allaha məktub

Salam...

Necəsən?

Bilirsənmi,

səni

yerdəki

Allahlar

sevmir

qəbul

etmir...

Allah

bizik

deyillər.

Allah

onlardısa,

bəs

sən

kimsən?

çarəsən?

Bəndələrin

yerdə

sürünürsə,

sən

göydə

gəzirsən,

Allah?!

***

Baxışlarınla

əsir

aldığın

məni,

hökm

etdiyin

ürəyimi

mənə

buraxaraq

get...

Çək

bu eşqin

ipini;

nəfəsi

kəsilsin...

Get ki,

qəlbimdəki

xatirələr

ləkələnməsin

xəyanətinlə...

Get ki,

unudum

səni...

# 4757 dəfə oxunub

Müəllifin son yazıları

# # #