Mahir Orucov: "Yağış" Ən qısa hekayə

Mahir Orucov: "Yağış" Ən qısa hekayə
26 dekabr 2013
# 10:00

Kulis.Az Mahir Orucovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yağış” (341 işarə) hekayəsini təqdim edir.

Çox qədim zamanlarda AY adlı oğlan Günəş adlı qıza vurulur. Adəti nakam sevgi hekayələri kimi bu əsl sevgi hekayəsinin sonu da ayrılıqla, həsrətlə bitir...

O gündən bu günə Ay Günəşdən uzaq durmaq üçün çəkilir qaranlığa. Günəş isə bu sevginin alovu ilə daima alışır yanır. Bax bu sevginin, bu həsrətin göz yaşlarıdır yağış. Ondandır hər dəfə yağış yağanda bu məhəbbətin acısı yağır hər bir sevənin ruhuna.

# 1949 dəfə oxunub

Müəllifin son yazıları

# # #