Azərbaycan Milli Məclisinin deputatı, tanınmış yazıçı Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.
APA-nın məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.
Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir.