İkiüzlülük məğlubiyyətə məhkumdur

İkiüzlülük məğlubiyyətə məhkumdur
18 noyabr 2015
# 16:20

Ya göründüyün kimi ol, ya olduğun kimi görün

Mövlana

"Mən yalnız xarakterə görə və ya yalnız görünüşə görə insan seçmirəm. Görünüşü tamamlayan xarakterli insanları seçirəm və sevirəm

Bəzən görünüş fərqli xarakter tam fərqli ola bilir. Yəni, bir-birinin əksi olur.

Hər insana nəsib olmur, görünüşlə xarakterin uyğunlaşması...

Xoşbəxtlik məhz budur: göründüyün kimi olmaq!

Çalışaq göründüyümüz kimi olaq, olduğumuz kimi görünək.

Vay o günə ki, göründüyün kimi olmağı bacarmayasan. Bnun bir adı var – ikiüzlülük!

Qaçmaq lazımdır ikiüzlü insanlardan.

Ehtiyat etmək lazımdır belə məxluqlardan .

Hər gün yeni bir maska ilə cəmiyyət arasından peyda olurlar. Bu gün hansı maskanı geyinəcəklərini düşünənə qədər bir kitab oxusaydılar həqiqətin nə olduğunu dərk edərdilər.

Onlar necə də yazıq bəndələrdir - arxanca söylədiklərini, qarşına keçib söyləməyə cəsarət etmirlər.

Zənn edirlər ki, kimsənin xəbəri yoxdur bunların saxtakarlığından.

Amma daha fərqində deyillər ki, kənardan özləri özlərini ifşa edirlər.

Zəif və qürursuzdurlar...

Səni görüb salam vermədən yan keçsələr, soyuq davransalar, üzünə gülüb arxandan danışmaqdan daha qürurlu hərəkət etmiş olarlar.

Məğlub olmaqdansa, qazanmaq, qalib gəlmək yaxşıdır.

Həyatda qalib gəlmək ikiüzlü məxluqlara xas deyil.

İkiüzlülüklə irəli yox, geriyə addımlayacaqsınız...

Çətinliklərin öhdəsindən gəlmək üçün, həyatda doğru addım atmaq üçün, məğlub olmamaq üçün, göründüyün kimi ol və olduğun kimi görün.

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #