Əfsanəvi “Nu, poqodi!”nin Canavar və Dovşanı "məktəbli" oldu

Əfsanəvi “Nu, poqodi!”nin Canavar və Dovşanı "məktəbli" oldu
18 avqust 2025
# 14:08

Əfsanəvi “Nu, poqodi!” cizgi serialının yeni – dördüncü mövsümü Okko platformasında yayımlanıb.

Kulis.az xəbər verir ki, yeni bölümlərdə Canavar və Dovşan məktəbli obrazında tamaşaçılar qarşısına çıxır, süjet isə həm dərslər və imtahanlarla bağlı gündəlik situasiyaları, həm də maraqlı macəraları əhatə edir.

Layihənin rejissorları Yelena Polyakova və Nikita Zubkovdur.

Paralel olaraq “Zvuk” servisində qəhrəmanların iştirakı ilə “Nu, otqaday!” adlı 20 buraxılışdan ibarət podkast da təqdim olunub.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər