Elnarə Əsgərova: “Qırx”-Ən qısa hekayə

Elnarə Əsgərova: “Qırx”-Ən qısa hekayə
17 dekabr 2013
# 22:00

Kulis.Az Elnarə Əsgərovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qırx” (492 işarə) hekayəsini təqdim edir.

Moskvaya uşaqlıq dostunun yanına gəlmişdi. İşləməyə. Kənddə işi cətin idi. Ək-becər, onun-bunun ayaqqabısını yama...Dostunun “tockasında” satıcı olacaqdı.

Dayanacağa gedirdilər.

“Dil də bilmirəm, şalvarın qiymətini soruşanda tutaq ki, qırx manat deməliyəm”.

Ağlından keçəni ani olaraq dilinə gətirdi:

- Qırxa nə deyirlər?

- Sorok, nədi ki?...

-...

Gözü bərbərxanaya sataşdı:

- Sən allah, gəl girək burda sacıma bir əl gəzdirsinlər.

Bərbər sual dolu gözlərini güzgüdən ona zillədi. Nə soruşmaq istədiyini anladi. Şəhadət barmağini başına tuşlayıb:

- Davay, sorok – dedi.

# 2306 dəfə oxunub

Müəllifin son yazıları

# # #