Kulis.az Mətləb Ağanın yeni şeirini təqdim edir.
Yenə payız səhəri,
açılar sillə kimi.
Yenə xatırlayarsan,
və nələri, və kimi...
Yenə köhnə yuxular
bitməyən, uzun-uzun...
Eşidərsən səsini,
o sarı avtobusun...
- Bu dahilər heç vaxt evlənmədilər - SİYAHI
- Samirə Əfəndi ailəsi ilə birlikdə İsraili tərk etdi
- Şaiq Vəli dəfn edildi FOTOLENT
Bir də aparmaz səni,
bir də gətirməz səni.
Min yol fikrindən keçər,
bir dəfə görməz səni...
Daha bütün fəsillər
payıza bənzər indi.
Nə olsun dörd fəsil var,
payızdır hər yer indi...
...sonra dodaqlarının
qəfil əriyər buzu:
"Harda görə bilərəm
o sarı avtobusu?..