Kanadalı aktrisa Samanta Vaynşteyn 28 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib.
Aktrisa "Böyük qız" filmində Jozefina rolu ilə debüt edib. Film 2005-ci ildə Toronto Film Festivalında Kanadanın "Ən yaxşı qısa film" mükafatını qazanıb. Bu zaman Samantanın 10 yaşı olub.
Qeyd edək ki, aktrisa son illərində müxtəlif animasiya obrazlarını səsləndirməklə də məşhurlaşıb.
Gənc aktrisa xərçəngdən vəfat etdi
26 may 2023
09:43
1557 dəfə oxunub