Məşhur sovet şairi vəfat edib

Məşhur sovet şairi vəfat edib
27 iyun 2018
# 10:17

Məşhur rus və sovet şairi Andrey Dementyev vəfat edib.

Kulis.az rus mətbuatına istinadən verdiyi xəbərə görə, şair 89 yaşında uzun sürən xəstəlikdən vəfat edib.

Dementyevin ilk şeirlər kitabı 1948-ci ildə çap olunub. O zamandan bəri 40 dan artıq şeir toplusu nəşr edib. Dementyevin 100-dən artıq şeirinə mahnılar bəstələnib. Bu onun daha da populyarlaşmasına səbəb olub.

“Alyonuşka”, “Qar üstündə almalar”, “Ata evi”, “Natali”, “Kaskadyor” kimi estrada hitlərinin sözləri Dementyevə aiddir.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

# # #