Cabir Novruzun oğlu vəfat edib

Cabir Novruzun oğlu vəfat edib
11 iyun 2018
# 10:44

Yazıçı Müşfiq Cabiroğlu 53 yaşında vəfat edib.

Bu barədə Kulis.aza mərhumun yaxınları xəbər verib. O, dünən qəfil ürəktutmasından vəfat edib.

Bu gün saat 12:00-da Xırdalan qəbiristanlığında, qardaşlarının yanında dəfn olunacaq.

Müşfiq Cabiroğlu Azərbaycanın Xalq şairi Cabir Novruzun oğludur.

Müşfiq Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub.

1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cabir Novruz Fondunun təsisçisi idi.

Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.

“Səni kim unudar” (1988), “Sözüm ağızlarda pay oldu getdi” (2005), “Vüqar Əhmədin yaradıcılıq yolu” (2014) kitablarının müəllifi olan Müşfiq Cabiroğlunun “Vətən eşqi” (Musiqisi Oqtay Kazıminindir), “Hicranına dözmür könlüm” (Musiqisi Oqtay Kazıminindir), “Sərhədçilər marşı” (Musiqisi Oqtay Kazıminindir), “Xatirən qalacaq” (Musiqisi Oqtay Kazıminindir), “Sirab” (Musiqisi Oqtay Kazıminindir), “İki dost” (Musiqisi Gülnarə Abbasquliyeva), “Biz ordayıq”(Musiqisi İqbal Qəmbəroğlu), “Vüqarlı günlərim”(Musiqisi İqbal Qəmbəroğlu), “Əl çalın dostlar”(Musiqisi Abasqulu Nəcəfzadə), “Təbriz Nəzrinin toyu”(Musiqisi İqbal Qəmbəroğlu) və s. şeirlərinə mahnılar bəslənib.

# 1254 dəfə oxunub

Müəllifin son yazıları

# # #