Üzeyir bəyin evində iki bəstəkarın 100 illiyi qeyd olunub

Üzeyir bəyin evində iki bəstəkarın 100 illiyi qeyd olunub
23 fevral 2024
# 11:16

Üzeyir Hacıbəylinin Ev-Muzeyində görkəmli bəstəkarlar, Xalq artistləri Süleyman Ələsgərov və Şəfiqə Axundovanın 100 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov hər iki sənətkarın yaradıcılıq fəaliyyətləri dövründə bir-birindən maraqlı əsərlər yazdıqlarını və musiqi mədəniyyətimizi zənginləşdirdiklərini bildirib.

Qeyd edək ki, çıxışlardan sonra konsert proqramı təqdim edilib. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri kafedrasının müəllim və tələbələrinin ifasında yubilyar bəstəkarların əsərləri səsləndirilib.

# 513 dəfə oxunub

Müəllifin son yazıları

# # #