Yusif Mirzə: "Google Earth" Ən qısa hekayə

Yusif Mirzə: "Google Earth" Ən qısa hekayə
17 dekabr 2013
# 11:13

Kulis.Az Yusif Mirzənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Google Earth” (475 işarə) hekayəsini təqdim edir.

Gecəyarıdır. “Google Earth’’ proqramına baxıram. Tanımadığım yerlərdən ötüb, öz obalarımızda, yurdumuzda dolaşıram. Kəndimizə gedən tanış və doğma yollar, döngələr, cığırlar... Qayalar, dağlar... Bu da xarabalıqlara çevrilmiş, viranəyə dönmüş kəndimiz... Ailə yatmayıb. Bəsdir bu qədər oturdun - deyə səslənirlər. Nəyə baxırsan? Heç nə deyə bilmirəm, göz yaşlarım axır... Ana atam niyə ağlayır? deyə, soruşur oğlum. Ana da kövrəlib. Nə deyəcəyini bilmir. Dalaşmışam - deyir, ona görə.

Uşaq cavabdan razı qalmır. Onu sakitləşdirib yatmağa aparıram.

# 2535 dəfə oxunub

Müəllifin son yazıları

# # #