#

Qazaxıstanda Qarabağ haqqında film çəkildi - FOTO

Qazaxıstanda Qarabağ haqqında film çəkildi - FOTO
11 yanvar 2021
# 11:08

Qazaxıstanda Qarabağ münaqişəsinin tarixi haqqında sənədli fim çəkilib.

Kulis.az xəbər verir ki,“Qarabağ – geri dönən xoşbəxtliyim” adlanan sənədli filmdə Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələrindən bəhs olunur. Film qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilib.

Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Qarabağın azadlığının rəmzi olan “Xarı- bülbül” haqda ətraflı məlumat verilib.

Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.

Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunmuşdu.

Filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.

Film yaxın günlərdə Azərbaycanın CBC televiziya kanalı ilə yayımlanacaq.

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

# # #