Penelopa Kruza "Sezar" veriləcək

Penelopa Kruza "Sezar" veriləcək
1 fevral 2018
# 16:34

İspan aktrisa Penelopa Kruz “Sezar” mükafatı alacaq.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Fransanın Incəsənət və kinematoqrafiya texnikası akademiyasi aktrisanı fəxri mükafatla təltif etmək qərarına gəlib.

Təşkilatın prezidentinin söylədiyinə görə, aktrisa böyük kinolayihələrdə çalışıb. O, Ridli Skott, Rob Marşal, Əsgər Fərhadi, Pedro Almadovar, Vudi Allen kimi rejissorların filminə çəkilib.

Aktrisa Oskar mükafatı laueratıdır.

Fransız "oskar"ı sayılan “Sezar”in təqdimetmə mərasimi bu il martın 2-də Parisdə baş tutacaq.

Müxtəlif illərdə “Sezar” mükafatı Corc Kluniyə, Maykl Duqlasa, Meril Stripə, Şon Pennə verilib.

# 1813 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #