Yazıçılar günü qeyd olundu

Yazıçılar günü qeyd olundu
4 mart 2019
# 09:43

Martın 3-də Dünya Yazıçı Günü qeyd olunu.

Kulis.az xbər verir ki, bu bayram 1986-cı ildə Beynəlxalq PEN klubunun qərarı ilə təsis edilib. PEN klubunun yaradılması ideyası isə XX əsrin əvvəlində meydana gəlib. Həmin təşəbbüs ingilis yazıcıları Con Qolsuorsi və Ketrin Douson-Skottun 1921-ci ildə Londonda göstərdikləri səylər nəticəsində həyata keçirilib. Təşkilatın adı ingilis sözləri olan Poets-şairlər, Essayists-oçerk yazanlar, Novelists-romançılar kəlmələrinin baş hərflərindən götürülüb.

Dünən Dünya Yazıçı Günü bir çox ölkələrdə qeyd olunub. Bayram tədbirlərində ədəbiyyat sahəsində çalışan, həmçinin ədəbi yaradıcılığı qiymətləndirən ədəbi birliklər, yazıçılar, kulturoloqlar, tənqidçilər, müəllimlər, jurnalistlər, ali təhsil müəssisələrinin filologiya fakültələrinin tələbələri və məzunları iştirak edib.

Ənənəyə uyğun olaraq, həmin tədbirlərdə yaradıcılıq prosesində daha çox fərqlənən yazıçı və şairlərə mükafatlar təqdim edilib.

# 1525 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #