Bursada 21-ci Beynəlxalq Kukla və Kölgə Oyunları Festivalı

Bursada 21-ci Beynəlxalq Kukla və Kölgə Oyunları Festivalı
17 noyabr 2025
# 12:30

Türkiyənin Bursa şəhərində 21-ci Beynəlxalq Kukla və Kölgə Oyunları Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, festivalda Argentina, Bosniya və Herseqovina, Meksika, İran, Yunanıstan, Fransa, İndoneziya və Qvatemala kimi ölkələrdən 21 komanda iştirak edir.

Festival çərçivəsində tamaşalar, uşaq və böyüklər üçün atelyelər, görüşlər və seminarlar təşkil olunacaq.

Bursa Böyükşəhər Bələdiyyəsi festivali şəhərin mədəniyyət və incəsənət vitrini olaraq təqdim edir. Festival boyunca UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş məşhur "Karagöz" oyununun gələcək nəsillərə tanıdılması nəzərdə tutulur.

Qeyd edək ki, festival noyabrın 23-dək davam edəcək.

# 57 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər