Xalq yazıçısı vəfat edib

Xalq yazıçısı vəfat edib
9 iyul 2013
# 08:50

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu dünyasını dəyişib.

Bu barədə Kulis.Az-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

Xalq yazıçısı son bir həftə ərzində özünü pis hiss edirmiş.

Dəfn mərasimi bu gün keçiriləcək.

Gülhüseyn Hüseynoğlu antisovet "İldırım" təşkilatının qurucularından biri kimi uzunmüddətli katorqa cəzasına məhkum edilmişdi.

O, Mikayıl Müşfiq barədə elmi monoqrafık əsərlərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.

Allah rəhmət eləsin!

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #