Əhmədiyyə Cəbrayılov haqqında sənədli film çəkilir

Əhmədiyyə Cəbrayılov haqqında sənədli film çəkilir
24 fevral 2021
# 10:30

İkinci Dünya müharibəsi dövründə Fransa antifaşist Müqavimət hərəkatının nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında "Salnaməfilm" kinostudiyası sənədli film çəkir.

Bu barədə Kulis.aza filmin rejissoru Tahir Tahiroviç məlumat verib.

O, bildirib ki, filmin çəkilişləri Quba, Xaçmaz, Şəki, Fransanın Rodez və Montaban bölgələrində olacaq. Film sırf arxiv və sənədlər üzərində qurulmuş bioqrafik film olacaq.

Filmdə Əhmədiyyə Cəbrayılovun obrazını Abdulla Şaiq adına Dövlət Kukla teatrının baş rəssamı, fəxri mədəniyyət işçisi İqbal Əliyev canlandırır.

Filmin operatoru Rafiq Əliyev, məsləhətçi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.

# 2907 dəfə oxunub

Müəllifin son yazıları

# # #