Südlü, qəhvəli kədərli

Südlü, qəhvəli kədərli
13 fevral 2013
# 14:29

Kulis.Az fransız şairi Jak Prevertin iki şeirini təqdim edir.

Səhər yeməyi

Qəhvəni

Fincana tökdü

Südü

Qəhvəyə

Şəkəri

Südlü qəhvəyə.

Fincanı buraxdı

Mənimlə danışmadan

Bir siqaret

Yandırdı

Siqaret tüstüsüylə

Halqalar düzəltdi

Külü

Külqabıya atdı

Mənimlə danışmadan

Mənə baxmadan

Durdu

Plaşını geydi.

Yağış yağırdı.

Və getdi

Yağışın altında

Bir söz də demədən.

Mənə baxmadan.

Və mən

Alıb başımı

Əlllərimin arasına

Ağladım...

Paris At Night

Dalbadal üç kibrit yandırdım qaranlıqda

Birincisi üzünü

İkincisi gözlərini

Üçüncüsü ağzını görmək üçün

Sonra qaraltdım dünyanı

Səni özümə sıxaraq

Xatırlamaq üçün bütün bunları

# 3006 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #