ARKA-nın fəaliyyət istiqaməti məlum olub

ARKA-nın fəaliyyət istiqaməti məlum olub
17 noyabr 2022
# 10:00

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyət istiqaməti məlum olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Agentlik Mədəniyyət Nazirliyinin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Agentlik Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahənin inkişafını təmin etmək; milli kino irsinin qorunmasını və zənginləşdirilməsini, habelə kino incəsənətinin təbliğini təmin etmək; müvafiq sahənin dayanıqlı inkişafı üçün sərmayələrin cəlb edilməsi ilə bağlı tədbirlər görmək; müvafiq sahədə çalışan şəxslərin peşəkarlığının artırılmasını təmin etmək; Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə etmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənilib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək ARKA-nın fəaliyyət istiqamətlərinə daxildir.


Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

kino sənayesinin sərmayə cəlbediciliyinin artırılması məqsədilə tədbirlər görmək;

dövlət sifarişi və ya dəstəyi ilə milli və müştərək filmlərin istehsalını, təbliğini həyata keçirən dövlət qurumlarına və özəl təşkilatlara maliyyə dəstəyi göstərmək;

milli film istehsalı sənayesinin dirçəldilməsi məqsədilə yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi ilə bağlı tədbirlər görmək;

müvafiq sahənin dayanıqlı inkişafının və beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi məqsədilə tədbirlər görmək;

Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası ilə bağlı tədbirlər görmək;

kinematoqrafiya vasitəsilə mədəniyyətimizin, o cümlədən milli mədəni dəyərlərimizin qorunması, ölkədaxili və beynəlxalq müstəvidə təbliği, təşviqi və dəstəklənməsi ilə bağlı tədbirlər görmək;

yaradıcılıq, habelə milli kino irsinin öyrənilməsi və təbliği baxımından mütərəqqi kinolayihələrə dəstək göstərmək;

xarici distribüter şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə tədbirlər görmək;

Dövlət Film Fondunda mühafizə olunan milli filmlərin və onların ilkin materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi ilə bağlı tədbirlər görmək;

ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb üzə çıxarılmasını və surətlərinin Dövlət Film Fonduna təqdim olunmasını təmin etmək;

kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin təşkili vasitəsilə kino mədəniyyətinin təbliğini həyata keçirmək;

dövlət kinematoqrafiya müəssisələrinin fəaliyyətinin stimullaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görmək;

dövlət sifarişi və dəstəyi əsasında çəkilən filmlərin istehsalı prosesinə, nümayişinə, təbliğinə və beynəlxalq kinofestivallarda iştirakına dəstək göstərmək;

kinosalnamələrin, bədii, sənədli, arxiv, animasiya, debüt, tammetrajlı, qısametrajlı, çoxseriyalı, habelə uşaq və gənclər üçün filmlərin istehsalı ilə bağlı tədbirlər görmək;

milli filmlərin və kinoxronikanın ilkin materiallarının saxlanılması və saxlanma rejimi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

Azərbaycanı beynəlxalq çəkiliş məkanı kimi inkişaf etdirmək və xarici şirkətlərin çəkilişlərə cəlb olunması ilə bağlı tədbirlər görmək;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

kino sənayesi iştirakçılarının peşəkarlığının artırılması istiqamətində tədbirlər görmək;

müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək, onların həyata keçirilməsində iştirak etmək;

bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

# 890 dəfə oxunub

Müəllifin son yazıları

# # #