Şərif Ağayardan yeni roman

Şərif Ağayardan yeni roman
3 aprel 2017
# 16:52

Yazıçı Şərif Ağayarın yeni romanı işıq üzü görüb.

Kulis.azın verdiyi xəbərə görə, “Arzulardan sonrakı şəhər” adlı roman “Qanun” nəşriyyatında çap olunub.

Kitabın redaktorları Etimad Başkeçid və Hədiyyə Şəfaqətdir.

“Arzulardan sonrakı şəhər” azadlıq və müharibə mövzusundadır.

Müəllif bu romanı öz yaradıcılığında yeni mərhələ hesab etdiyini və oxucuların marağına səbəb olacağını bildirib. Bir neçə tanınmış qələm adamı roman haqda maraqlı fikirlər söyləyib, onu müstəqillik dövrünün ən qiymətli romanarından biri kimi dəyərləndirib.

Xatırladaq ki, “Arzulardan sonrakı şəhər” Şərif Ağayarın sayca üçüncü romanıdır. Bundan əvvəl müəllifin “Haramı” və “Gülüstan” romanları, eyni zamanda bir neçə şeir və hekayələr kitabı işıq üzü görmüşdü.

# 1045 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #