“Avanqard” ədəbiyyat jurnalının ilk sayı satışda

“Avanqard” ədəbiyyat jurnalının ilk sayı satışda
3 fevral 2015
# 11:03

"Avanqard" ədəbiyyat jurnalının ilk sayı çap olunub.

Jurnalda Xanəmirin “Qаpısı Vyananın təkkə” romanı, Rəhim Əliyevin geniş müsahibəsi, Zahid Sarıtorpağın, Fərid Hüseynin şeirləri, Qulamhüseyn Saidinin “Qurdlar” pyesi, Kənan Hacının tərcüməsində Tolstoyun “İnsan nə ilə yaşayır povesti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadənin Xalq rəsssmı Elbəy Rzaquliyev haqqında essesi yer alıb.

Jurnalda daha sonra Əli Şirin Şükürlünün “Ev” essesi, Cavanşir Yusiflinin “Səlim Babullaoğlu haqqında 3 yazı”sı, Firuz Mustafanın “Bu yоl hara gеdir?”, Mübariz Örənin “İlıq”, Kənan Hacının “Özgə planetdən gələn səs” hekayələri, Səxavət Sahilin “İsanın qayıdışı” romanından bir parça, Həmid Piriyevin tərcüməsində Con Qolsuorsinin iki hekayəsi, Xanım Aydının tərcüməsində Vladimir Sorokinin “Bu qrotesk ölkə bir yazıçı üçün Eldoradodur” yazısı dərc olunub.

Bundan başqa nəşrdə ədəbi portal və dərgi təmsilçiləri arasında keçirilən “Ədəbi nəşrlər necə olmalıdır?” sorğusu və gənc rəssam Rəşad Nuriyevin “Qadın.Zaman.Məkan” adlı ilk fərdi sərgisindən reportaj da çap olunub.

Qeyd edək ki, jurnalın redaktoru Kənan Hacı, baş redaktoru isə Səxavət Sahildir. Jurnalı Kitabevim.az mağazasından (Nəsimi r., Puşkin k., 32, AK center II mərtəbə (28 may metrosu) və Bakıtab mağazasından (İsqialaliyyət küçəsi 71, Sabirin heykəli ilə üzbəüz) əldə etmək olar.

# 1134 dəfə oxunub

Müəllifin son yazıları

# # #