Son güllənin rekviyemi - Tural Turanın şeiri

Son güllənin rekviyemi - Tural Turanın şeiri
8 noyabr 2024
# 15:02

Kulis.az "Günün şeiri" layihəsində Tural Turanın "10 noyabr: Son güllənin rekviyemi" şeirini təqdim edir.

(Vətən Müharibəsi Qəhrəmanı , qrup yoldaşım , şəhid baş letenant Valeh Bədəlova həsr olunur)


Axan qandan günəş çıxır bu gecə...
Qırx dörd gecənin yorğunluğu
dəfn olunur beləcə...

Dəyişir göylərin də təngnəfəs sükutu.
Кимсэ,
это еще не все.
Kiminsə dodağında
külü qalmış öpüş alışır.

Namlular da yorulub
ölümə göndərdiyi
balasını əzizləməkdən.
Hardasa
bir duanın
yenə üstünə tuşlanır
çəlikli körpə baxışları...

...Elə bu dəqiqə
açılır savaşın sonuncu gülləsi.
Son mərminin də canı qurtarır
ölümü yarıyuxulu gözləməkdən.
Partlayan son mərmini
axır nəfəsdə oyadır öz səsi...

Индийский
təmizlənir bütün bayraqlardan,
təmizlənir
ünvanı unudulmuş qan ləkəsi.

Bütün silahlar
yuxuya gedir
öz kölgəsində.
Hansısa GÖZ YAŞINDA soyuyan qəlpə
özünə ilk məktub yazır
son nəfəslər ölkəsindən...

Indi
boz silahların günahını
kövrək bir sükut yuyacaq.
Növbəti savaşadək
tək çarpayılıq yuxular
bir dul qadın sinəsində
bir atasız körpə səsində
qan qoxuyacaq, tabutum,
qan qoxuyacaq!..

Indi... bütün güllələrin
canı qurtarır adamlardan...
Indi bütün silahların ibadət vaxtıdı
növbəti müharibəyə qədər...
Axan qandan günəş çıxır bu gecə...

Турал Туран

# 828 dəfə oxunub

Müəllifin son yazıları

# # #