Bıçaq ucunda sallanıram - Çağdaş Norveç şairindən şeirlər

Bıçaq ucunda sallanıram - Çağdaş Norveç şairindən şeirlər
7 fevral 2020
# 18:10

Kulis.az çağdaş Norveç şairi Erlinq Kittelsenin şeirlərini təqdim edir.

Vəhşi Quşları

İnsan və quş,

Biz səni atdıq,

Uçurumdan aşağıya,

Uça, uça bilirisənmi?

Tribun

Xatırlayırsan qızılın gizli qaldığını?

Və biz ona birlikdə sahibdik.

dərindən parıldayırdı,

qəlblərdə parıldayırdı,

xatırlayırsan?

Gecə-gündüz gülməkdən

Mən havada partlayıram,

Beləsinə havada partlayıram

Və hava qarşılayır məni,

Sabahsa yağışam mən.

Mən dənizə batıram,

Beləsinə dənizə batıram,

Və dərinliklər qarşılayır məni,

Sabah bir yeməm mən.

Barmaqlıqlar arxasına kilidlənirəm,

Beləsinə barmaqlıqlar arxasına kilidlənirəm,

Divarlar qarşılayır məni,

Sabah bir yazıyam mən.

Qapını partladıram

beləsinə qapını partladıram

və sən qarşılayırsan məni,

Sabah daha artığam mən.

Gecə-gündüz gülməkdən II

Bir budaq üzərində qaçıram,

Bircə yer görür,

Və görünə bilmək üçün,

Onun üzərində qaçıram mən.

Mən bir kəndirə dırmaşıram,

Bircə dirəyin ucu görür,

Və görünə bilmək üçün,

Ona dırmaşıram mən.

Mən bir bıçaq ucunda sallanıram,

Bircə sən görürsən bunu,

Və görünə bilmək üçün,

Onun ucunda sallanıram.

Abirielin aslanı

Haçan dalğaların,

ağ yelkən kimi ulduzlarla gələndə,

Bir qırmızı mərcan öpüşlə,

Ardından mən dalğalar üzərində uçuram.

Tərcümə: Təbrizli Məmməd Rza

Gallery

# 2385 dəfə oxunub

Müəllifin son yazıları

# # #