Məşhur türkiyəli aktyor vəfat etdi

Ali Güney, türkiyəli aktyor

Ali Güney, türkiyəli aktyor

24 avqust 2022
# 13:00

Məşhur türkiyəli aktyor vəfat edib.

Kulis.az “Sözçü”yə istinadən xəbər verir ki, Yeşilçamın tanınan siması Ali Güney 66 yaşında dünyasını dəyişib. O, nəfəs darlığından əziyyət çəkirmiş.

Ali Güney 1970-ci illərdən türk filmlərində rol alıb. O, “pis adam” rollarında çəkilib tanınmışdı.

Aktyor “Min dəfə ölərəm”, “Qanun qanundur”, “Bir bazar günü” filmləri ilə bərabər “Leyla və Məcnun”, “Arka sokaklar”, “Kurtlar Vadisi” kimi məşhur seriallarda da rol almışdı.

# 1542 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #