Elektron ünvan olmadan necə varlanmaq olar?

Elektron ünvan olmadan necə varlanmaq olar?
24 iyun 2013
# 07:00

Sadiq Qurbanzadə

Çox zaman istək və yaxud arzularımızın bizdən uzaq qaçmasına üzülür, depresiyaya düşür və hətta bir az da irəliyə gedərək həyatdan küsürük. Bu hal nəinki bizi, hətta yaxınlarımızıda narahat edir.Amma bizlər nəyin daha xeyirli olub olmadığına önəm vermirik. İrəlini görə bilmədiyimiz üçün sanki o olmasa olmaz deyib özümüzdən çıxırıq.

Bəs bu hallarda nə etməliyik?

İlk növbədə sinirlərimizi ələ alıb bir sakitliyə çəkilməli və daha sonra sakit beyin ilə düşünüb bu olmasa da olar deyib başqa yollar axtarışında olmalıyıq.

İndi isə illər əvvəl yaşanmış maraqlı hekayəni sizlər ilə bölüşmək istəyirəm.

Uzun zamandır işsiz olan bir gənc “Microsoft” şirkətinin xidmətçi axtardığını eşidir və şirkətin binasına gedər.Kadrlar şöbəsi biraz sual cavabdan sonra işə qəbul olunduğunu söyləyir.İşə başlaması üçün nə etmək lazım olduğunu Microsoftun internet saytindan öyrənməyini və tələb olunan sənədlərin elektron ünvan ilə göndərməsini söyləyir.

Gənc də boynunu bükərək kompüterinin və təbii ki, də elektron ünvanının olmadığını söyləyir.Kadrlar söbəsi -belə bir vəziyyətdə olan insanlar işə qəbul edilmir və bizim üçün o ölmüş hesab olunduğunu açıqca gəncin üzünə deyir.

Gənc nə edəcəyini bilmir və üzgün bir halda cibindəki son pulu, 10 dolları ilə bayıra çıxır. Bazara gedib 10 kg alma almağı qərara alır.Qapı -qapı gəzərək almaları satmağa başlayır.Və sərmayəsini 2 qatına çıxarır. Bu işi düz 4 dəfə təkrar edir və sərmayəsini 160 dollara yüksəldir.

Artıq bundan sonra həyatını belə yaşamağa davam edəcəyi qənaətinə gəlir. Hər səhər evindən bir az daha erkən çıxar, daha gec qayıdar.Gənc hər gün sərmayəsini 2 qat artırmaqla məşğul olur. Qısa müddət sonra bir əl arabası alır. Daha sonra bunu bir yük maşını ilə əvəz edir.

Bir zaman sonra böyük bir yükdaşıma şirkətinin sahibi olur.

10 il sonra..... Gənc ABŞ-ın ən böyük qida distribyuturu olur.

Və artıq ailəsinin gələcəyini düşünür. Bir həyat sığortasına müraciət edir.Görüşmənin sonunda sığortaçı təklifini göndərmək üçün gəncin elektron ünvanını istəyir.Gənc elektron ünvanının olmadığını söyləyir və sığortaçı təəccüblə belə deyir.

- Çox qəribədir. Bir elektron ünvanı olmadığı halda belə bir imperatorluq qurmusunuz. Hələ bir elektron ünvanınız olsa idi gör kim olardınız?

Gənc düşünür və belə cavab verir.

- Microsoftda xidmətçi olardım.

# 3116 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #