Ərindən intiqam alan tibb bacısı

Ərindən intiqam alan tibb bacısı
16 sentyabr 2015
# 11:34

Eltac yatağında qurcalanırdı. Əllərini boynunun dalında birləşdirib, baxışlarını fikirli halda açıq yaşıl rəngdəki divara dikmişdi. Fikirlər məhdud sayda olan televiziya kanalları kimi tez-tez dəyişirdi. Elə bil hansısa səbirsiz izləyici televizor pultunda kanalları çevirmək üçün nəzərdə tutulan düyməni dayanmadan basmaqda idi. Bu kanallar: 12 gün öncə keçirtdiyi avtoqəza olayından, ərli bacısının qaldığı evdən, yetimliyindən, iş tapmaq arzusundan, zədələdiyi dabanından, hal-hazırda qaldığı xəstəxana palatasından və ən əsası 2 gündür görmədiyi tibb bacısı Vüsalədən ibarət idi. Arada bu kanalların içinə onu maşınla vuran və klinikaya gətirən Samirin peşmançılıq və qayğıkeş obrazı da daxil olurdu.

Bütün kədərli hadisələr fikrini işğal etmişdi. İşğala uğramış fikrin içində təkcə Vüsalənin xəyalı o biri hadisələrə müxalif idi və həmin ümidverici xəyal tək başına işğalçılara qarşı duruş sərgiləyirdi.

Düşüncələrin ağırlığından qurtulmaq üçün yatağının yanındakı komodun üstündən kitabı götürdü. Kitabın sonuna az qalmışdı. Yazıçı Cudit Maknotun “Yadına gəlirmi” əsəri onu bu neçə gündə sıxıntıdan və təklikdən müəyyən qədər qurtarmışdı.

Bir neçə abzas oxudu, amma heç nə anlamadı. Çünki ürəyində özü ilə danışırdı. Ənənəsinə uyğun olaraq bu dəfə başa düşmədiyi yerləri yenidən oxumadı və əsəbi halda kitabı bağladı. “Kitabın da xeyiri olmadı” -ürəyində dedi.

nəqliyyat nazirliyinin nəzarətçi dispetçerləri kimi bu gün dəfələrlə vaxtı yoxlayan Eltac yenə saata baxmağa qərar verdi. Mobil telefonda saat 17.37-ni göstərirdi. 19.00-da yemək saatının olduğunu, 20.00-da isə gözəlliyi ilə ağlını başından alan Vüsalənin növbətçi saatının başlanacağını artıq yaxşı bilirdi. Tez-tez saatı yoxlamağı da məhz Vüsalə ilə bağlı idi. Ovqatı bir az yaxşılaşdı.

Gülümsəyən qəhvəyi gözləri hiyləgərlikdən xəbər verirdi. Küçədə və idman zallarında əzilmiş burununu nəzərə almasaq Eltacı yaraşıqlı saymaq olardı. O, yeniyetmə vaxtı valideynləri hələ dünyadaykən 6 il boksla məşğul olmuşdu.

23 yaşı təzəlikcə tamam olan Eltacı 12 gün əvvəl maşın vurmuşdu. Yasamal qəsəbəsi tərəfdə axşam vaxtı fikirli halda yolu keçirdi. Bu vaxt onu özəl klinika rəhbərinin oğlu Samir maşınla vurmuşdu. Xoşbəxtlikdən çox ciddi zədə almayan Eltaca sol ayağının topuq bağlarının əzilməsi və dartılması diaqnozu qoyulmuşdu.

Hazırda vəziyyəti getdikcə düzəlirdi. Qarayanız və sadə görünüşlü Samir, qəzaya səbəb olduğu üçün Eltaca üzrxahlıq etmiş, onu dərhal öz klinikalarına apararaq hər tərəfli dəstəyini ondan əsirgəməyəcəyinə söz vermişdi. Eltac ilk əvvəl dəliqanlılığına məxsus əsəb nümayiş etdirsə də, sonra oğlanın səmimiyyətini görüb sakitləşmişdi. Zatən nə edə bilərdi ki?!

Saçları vaxtından əvvəl tökülən və yaxşı yumor hissi olan Samir tez-tez onu ziyarət etməyə gəlirdi. Bir neçə dəfə cibinə pul da basmışdı. Eltac hər dəfə buna etiraz edirdi. Qüruru görməmişlik etməyə imkan vermirdi, amma cibinə pulun girməsi xoşuna gəlirdi. Həmişə ayıq-sayıq, diqqətli olan Eltac, bu dəfə fikirli halda yol keçməyin güdazına getmişdi.

İndi o, Samirgilin şəhərin mərkəzində yerləşən klinikasında müalicə götürürdü. Hələlik qol ağacının hesabına yerisə də aldığı fizioterapiya sayəsində daha da yaxşılaşırdı. Savadı və görünüşünə görə tipik azərbaycanlı həkimlərdən fərqlənən Elşad doktorun proqnozuna görə o, bir aya sərbəst yeriyə biləcəkdi.

Qəzadan 5 gün əvvəl çalışdığı özəl gəmirqayırma zavodunda foremanla (baş usta) dalaşdığı üçün işdən uzaqlaşdırılmışdı. Bu xəbəri ona qarşı soyuq münasibət göstərən bacısı xəstəxanada öyrənmişdi. Üç il qabaq ailə qurduqdan sonra ər evində onunla birgə yaşadığı üçün son vaxtlar kiçik qardaşından bezən, amma hələ ki, bunu açıq büruzə verməyən Lamiyə hirslənsə də, təzə qəza keçirən qardaşına yalandan təsəlli vermişdi. Lamiyənin ürəyiyumşaq və sakit təbiətli həyat yoldaşı Raminin Eltaca yazığı gəlirdi və hətta Lamiyə öz aralarında Eltacın onlara əlavə yük olduğunu deyəndə, arvadına etiraz edirdi.

8 il qabaq valideynləri toydan qayıdarkən yol qəzasında həlak olmuşdular. Yetim qalan uşaqlar 3-4 il hər şeyi onların başına qaxan əmisi və xalasıgildə qalandan sonra kirayə ev tutub, biri fəhləlik, digəri də dərzilik etməklə pul qazanıb, ağır həyat yaşamışdılar. Daha sonra Lamiyə kiçik şirniyyat sexinin sahibi Raminlə tanış olub, evlənir və beləliklə Eltac da bacısının yanına köçür. Məhrumiyyətlə yaşayıb-böyümüş Eltac qısa zamanda yaxşı qazancı olan iş yeri tapıb, bacısının yanından uzaqlaşmaq arzusunda idi.

***

Axşam yeməyindən sonra kefi kök palatasına qayıdan Eltac dişlərini yudu, ətirləndi və yerində uzanıb şikarın nə vaxt ortaya çıxacağını gözləyən ovçular kimi qapıya baxmağa başladı. Vüsalə bir azdan içəri girəcək və onu mehribanlıqla salamlayacaqdı.

Eltac ilk dəfə incə belli, şabalıdı saçlarını topa halda yığan, dərisi təzə piano-royalının klavişləri kimi ağappaq olan Vüsaləni görəndə sanki uca dalğaların hökm sürdüyü saf və qeyri saf duyğulardan ibarət okeana düşmüşdü. Bəyaz tibb bacısı uniforması ona elə yaraşırdı ki, elə bil o vaxt bu formanı sırf Vüsalə üçün düşünüb, ərsəyə gətiriblər.

Eltac Vüsalənin adsız barmağında qızıl üzüyü görəndə, onun evli olmağına görə pis olsa da sonra qadının baxışları ilə ona qığılcım ötürməsi Eltacı böyük ümidlər dünyasına atmışdı. Onunla danışanda, təzyiqini ölçəndə yeniyetmə qızlar kimi Vüsalənin özünü itirməsi və baxışlarındakı ifadə 29 yaşındakı qadını ələ vermişdi.

Gözəl və cazibədar ailəli qadının ondan xoşu gəldiyini sezən Eltac bu vəziyyəti əlinə keçmiş xəritədə dəfinənin yerini müəyyən etmiş dəniz qulduru kimi dəyərləndirmək istəyirdi. O, fürsət axtarırdı ki, Vüsalə onun tilovuna düşsün.

İçindəki bir hiss “o günün” bu gün olduğunu deyirdi. Əlinə kitabı alıb, yalandan vərəqləməyə başlayan Eltac həyəcanlı idi. Mütaliəni səmimi şəkildə sevsə də, bura gələndən kitab onun üçün həm də Vüsaləni cəlb edən parlaq vasitəyə çevrilmişdi.

Vüsaləni Eltacda cəlb edən yaraşığı və idmançı fizionomiyasından başqa gənc oğlanın mədəni danışıq tərzi və onun kimi mütaliəyə həvəs göstərməsi idi. O, həmişə rəfiqələrinə “Kişilərdə ən seksual şey mədəniyyətdir” deyirdi.

Vüsalə işlədiyi 4 ildə o qədər mədəniyyətsiz pasiyentlə qarşılaşmışdı ki, Eltacın mədəniyyəti ona defisit olan dəyərli əşya kimi görünürdü. Vüsalə mədəniyyətə hörmət bəsləyən biri idi. Şəhərin kütbeyin səfehləri arasında dünya görüşü çox olan şəxslər o qədər azdır ki, Vüsalə onlarla söhbətləşərkən zövq alırdı. Ümumiyyətlə hər dəfə ictimai nəqliyyatda, küçədə və hətta öz evinin içində də mədəniyyətsizlik mücəssəməsi olan şəxsləri görəndə ikrah hissinə qapılan Vüsalənin Eltaca simpatiyası yaranmışdı.

Evlərindəki həmin eybəcər özəlliyin sahibi isə 5 ildir ailəli olduğu öz dayısı oğlu Taleh idi. Taleh ədəbsizlik, israfçılıq və yalandan irəli gələn çatışmamazlığın adi hal aldığı şəhərin sakinlərindən biri olaraq öz şəhərini layiqincə tanıdanlardan idi. Vüsalə istəmədiyi halda anası onu yaxşı pulu, imkanı, amma insanlığı, mədəniyyəti olmayan qardaşı oğluna vermişdi. Vüsalənin ondan zəhləsi gedirdi, amma boşana bilmirdi. Vüsalə rəfiqələrinə boşana bilməməyinin səbəbini öz anasının qohum-əqrəba ilə üz-göz olmamasını istəmədiyini bəhanə gətirsə də əslində səbəb başqa idi. Vüsalə məhz ərinin puluna görə ondan boşanmırdı.

O, yaxşı bilirdi ki, həyatda pulsuz-parasız yaşamağı bacarmayacaq. Azərbaycanda tibb bacısı maaşına tək başına dolanmaq çətin məsələdir. Çalışdığı indiki klinikaya da onu məhz Taleh düzəltmişdi. Samirin atası onun yaxın tanışı idi.

Vüsalə Talehlə özünü qadın kimi hiss etmirdi. Mədəniyyətsizliyini yataqda da göstərən Taleh onu heç vaxt qane etmirdi. Bu hal qadında intim cəhətdən böyük boşluqlar yaratmışdı. Taleh yataqda ona orqazm yaşada bilmirdi. Ümumiyyətlə Taleh qadınların intim dünyasından xəbərsiz kobud bir eşşək idi. Ona görə Vüsalə bir çox hallarda porno videolara baxaraq, masturbasiya edib boşalırdı.

Axırıcı dəfə yuxudan oyananda hətta əlləri ilə bədənini sığallayıb, ağlını başından alan Eltacın ona sahib olması təsəvvürləri ilə boşalmışdı.

***

20:30-da palatanın qapısı döyüldü.

- Buyurun-Eltac dedi.

- Axşamınız xeyir Eltac!-Vüsalə içəri keçdi.

- Ouu, sizsiniz, Vüsalə xanım. Axşamınız xeyir. Xoş gördük.

- Bu gün necəsiz? Yaxşı gördüm sizi-füsunkar tibb bacısı soruşdu.

- Vallah sizi gördüm, çox yaxşı oldum-Eltac cavab verdi.

- Yaxşı olun, yaxşı olun. Kimsə də məni görəndə yaxşı olarmış- Vüsalə bununla Eltacla danışmağa bəhanə yaratmaq, həm də oğlanın reaksiyasını öyrənmək istədi.

- Məncə sizi görüb, çox yaxşı olan adam az deyil. Biri elə şəxsən mən-Eltac söylədi və əlavə etdi-Bundan sonra əmin ola bilərsiniz ki, ən azı belə şəxs mövcuddur.

Gözlərindəki məyusluq həlimli sözlərdən, atəş saçan baxışlardan sevinc duyğusu ilə əvəzləndi. Niyə axı Taleh mənə heç vaxt belə iltifatlar etmir?-deyə düşündü. Taleh onun hər istədiyini alır, Azərbaycanın və dünyanın görməli yerlərinə aparır, amma onunla heç vaxt belə xoş söhbətlər etmir.

Nə vaxtsa qadınları qane etmək üçün və onlarla birgə yaşayacaq ər kimi fəaliyyət göstərən robotlar ixtira edildiyini düşünün. Talehi də onlardan biri zənn edin. Onu isə sınaqdan uğursuz çıxmış qeyri-standart, kobud, eybəcər robot kimi təsəvvür etməyə başlayın. Və bu qeyri-standart robotu sırf pul qazanmaq fəaliyyətini düzgün icra etdiyi üçün məhv etməyib, kiməsə ucuz qiymətə satıblar. Nümayişdə isə hər cür bacarığı özündə ehtiva edən robotları nümunə kimi göstərib və yüksək qiymətə satıblar. Bax, Vüsalənin bəxtinə bu robot düşüb.

- Çox sağ olun, bunu kompliment kimi qəbul edirəm. - Vüsalə güldü və səmimi söhbətlərdən sivişərək, peşəsinin tələblərinə uyğun suallara keçdi-Deyin görüm, Arzu (ondan qabaq növbədə olan tibb bacısı) sarğınızı dəyişib?

- Aha, bəli.

- Bəs fizioterapiyanız necə gedir?

- Fizioterapiyanın mənə çox xeyri olduğu üçün Murad doktor günorta dedi ki, məni 2-3 günə evə buraxacaqlar. Yəni sağalmağım sürətlə gedir. Məşqlər sayəsində tezliklə qol ağaclarını da atacam.

- İnşallah. Buna şübhəm yoxdur. Deməli artıq bizi tərk edirsiniz.

- Hə, elə görünür. Rica etsəm təzyiqimi ölçə bilərsiniz?!

- Hə, bu dəqiqə. Təzyiqiniz düşüb?- Vüsalə tonometri qoluna keçirə-keçirə soruşdu.

- Bilmirəm e, nəsə bayaqdan boynumun dalı ağrıyır.-Sağ əli ilə boynunu ovuşdurdu.

Əslində ağrı-filan yox idi. Eltac Vüsaləni daha yaxından seyr etmək və qadının ona toxunmağından feyziyab olmaq istəyirdi. İstəyi uğurla davam etməkdəydi. Xəstənin üzərinə əyilmiş Vüsalənin gözü monometrin şkalasında olanda Eltacın gözü də xalatının altından görünən döşlərində idi. Fil dişindən düzəlmiş kimi gözəl görünən qolları boynunda, üzündə hiss etmək istəyən Eltac xəyal dünyasında uçurdu.

Üzərində oğlanın oğrun baxışlarını hiss edən Vüsalə bundan məmnunluq duyurdu. Eltacın qalxıb-enən enli sinəsinə, sanki hansısa heykəltəraşın hörüb-düzəltdiyi mükəmməl əzələli qollarına baxıb, öz ərinin gombul, biçimsiz bədəni ilə paralellər aparırdı. Burnuna gələn “La coste” ətri Vüsaləni lap bihuş etmişdi. Boynuna sarılıb, oğlanı yalamaq istəyirdi.

- Təzyiqiniz normaldır axı-Vüsalə dedi-110-nun 75-ə. Bəlkə başınız ağrıyır?!

- Sizin şəfalı əlləriniz mənə toxunduğu üçün təzyiqim normallaşdı-Eltac cavab verdi.

Vüsalə iltifat yağışının altında əriyirdi. Son illərdə belə yerinə düşən xoş iltifatlar eşitməmişdi. Düzdür digər kişi pasiyentlər ona gəlişi gözəl sözlər deməyə cəhd etsələr də, həmin sözlər çox banal, xoşagəlməz şəkildə çıxırdı. Vüsalə onlardan heç birini bəyənmirdi.

- Xoş sözlərə görə çox sağ olun. İndi sizə baş ağrısı üçün dərman gətirəcəm-iltifatlardan xoşhallanan tibb bacısı söylədi-Zəhmət olmasa bir az gözləyin.

O, qeyri ixtiyari dal-dala yeridi. Daha sonra çevrilib, qapıya tərəf yönəldi. Elə bil Eltac öz xarizma və sözləri ilə onu zəhərləmişdi. Zəhərlənmənin ilk simptomu olan baş gicəllənmə artıq özünü göstərirdi.

Vüsalə qapıdan çıxdı. Koridorda heç kim yox idi. Divara söykəndi. Ürəyi tez-tez döyünən tibb bacısı alt dodağını dişləyib, əlləri ilə saçını hamarladı. Eltacın baxışları onun qanının daha sürətli dövr etməsinə səbəb olmuşdu. Birdən fərqinə vardı ki, tonometri içəridə unudub.

Qapını döyüb, içəri girdi.-Üzr istəyirəm, tonometri burda unutmuşam.

Yatağa tərəf yaxınlaşanda Vüsalənin üzündə xoşuna gələn oğlanı görərkən yeniyetmə qızların üzlərində yaranan ifadənin eynisi vardı. Utancaqlıq və sevinc qarışıq gözlərini aşağı dikmişdi ki, Eltac heç nə anlamasın. Eltac isə bu ifadələri asanlıqla sezib, istədiyi məqamın yetişdiyini anlamışdı. Tonometri götürmək istəyəndə ürəklənən və vəcdə gələn Eltac Vüsalənin qolundan tutub özünə çəkdi. Vüsalə incə bir ah çəkərək, heç bir müqavimət göstərmədən oğlanın qucağına düşdü.

Onlar heç nə danışmadılar. Bir-birinin gözlərinə baxıb, baxışların mənasında istəklərinin qarşılıqlı olduğuna tam əmin olub, öpüşməyə başladılar. Bəzən bir baxış min sözdən daha mənalı olur. Vüsalənin dodağına kəpənək kimi qonan dodaqlar tibb bacısında hələ bu günə kimi heç kimin yaratmadığı inqilabi hisslər yaradırdı. Vüsalə qollarını Eltacın boynunda möhkəm birləşdirib, nanə qoxulu nəfəsin, “La coste”-nin ətrinin, dodaqlarında oynayan dodaqların, güclü və isti əllərin belində olmağından həzz alırdı. Onlar doymadan vəhşi kimi öpüşdülər.

Ehtiraslanmış Eltac əlini xalatın altına salanda, Vüsalə onu saxlayıb, oğlanın əlindən tutdu və-dayan Eltac, indi yox-dedi.

- Niyə? Nə oldu?- Eltac məyus oldu.

- Hər şey yaxşıdır əzizim-əllərini oğlanın üzünə qoyaraq əlavə etdi- bax, səni dəli kimi istəyirəm, amma indi saat 21:10-dur. Mən gərək bütün palataları bir-bir dolaşıb, pasiyentləri yoxlayım. Həm də indi burda çox qalsam, növbədə bu gün mənimlə olan tibb bacısında şübhə yaratmış olaram.

- Bəs yanıma nə vaxt gələ bilərsən?- Eltac tibb bacısının əlindən öpərək soruşdu.

- Gecə gələ bilərəm. Hə, ən yaxşı vaxt o vaxtdır. Hər kəs yatandan sonra. Birin yarısı burda olacam-Vüsalə cavab verdi.

- Səbirsizliklə səni gözləyəcəm-oğlan sevinirdi.

- Bu gecə bizim gecəmiz olacaq-Vüsalə bunları deyib, göz vuraraq, qapıdan çıxdı.

Eltacın içi-içinə sığışmırdı. Həyəcan, sevinc hisslərindən elə bil sinəsində yad cisimlər əmələ gəlmişdi və çıxmağa yer axtarırdılar.

Hamama keçib, yuyunmağa qərar verdi. Qəzadan sonra ilk dəfə köməksiz yuyunurdu. Qəzadan bəri təhlükə yaranmasın deyə sanitar xanımlar Eltaca çimməyə kömək edirdilər. Ayaq üstə sərbəst dura bilmədiyi üçün yuyunduğu zaman stulda otururdu.

Doyunca çimdi, suları bağladı. Stuldan qalxanda başı gicəlləndiyi üçün yenidən stula oturdu. Gözlərinə qaranlıq çökdü, qulağı gizildədi. Tək başına çimmək yaxşı ideya deyildi. Amma Vüsaləyə tam təmiz və təravətli bədən bəxş etmək fikri onu hamama gətirmişdi.

Gözlərini yumaraq, dərindən nəfəs alıb, verdi. Üzünə soyuq su vurandan sonra özünə gəlməyə başladı. Artıq yaxşı idi. Gözlərindəki qara duman çəkilən kimi durub, yatağa keçdi. Öz-özünə düşündü ki, birdən yıxılıb, orda qalsaydım nə olacaqdı. –Yaxşı qurtardım-deyib, güldü.

Vüsalə öz mərtəbələrindəki bütün palataların pasiyentləri yoxlayıb, tibb bacılarına məxsus otağa dönəndən sonra maksimum səylə çalışdı ki, üz ifadələri ilə kolleqası Samirədə şübhə yaratmasın. Özünü soyuqqanlı aparırdı. Bir az söhbətləşəndən sonra Samirəyə söylədi ki, tibbi personajına məxsus yataq otağına keçib, orda dincələcək. Yalandan baş ağrısının olduğunu uydurdu.

Yataqda uzanıb, nəfsi ilə mübarizəyə başladı. “Gedim-getməyim”, “edim-etməyim” düşüncələrində idi. Eltac dodaqları ilə artıq onu zəhərləmiş, öpüş ilə ona qadın xoşbəxtliyi nəsib etmişdi. Amma bu xoşbəxtlik çox az çəkmiş və məhdud durumda idi. Onu bütünləşdirmək və xoşbəxtliyi tam yaşamaq üçün ona yenə toxunmaq istəyirdi.

Ərinin onu heç vaxt belə xoşbəxt etməyəcəyinə əmin idi. O, yoldaşına xəyanət etməyə hazırlaşırdı. Bir anlıq ağlına Talehin bu işdən xəbərdar olması gəldi, qorxdu, pis oldu. Sonra Talehə məxsus kobud, mədəniyyətsiz hərəkətlər yada düşdükcə qorxu hissini, intiqam əvəzlədi. Xəyanətlə bir növ ərindən acıq çıxacaqdı. “Qoy, cəzasını çəksin qədirbilməz alçaq” eşidilməyəcək səslə özü-özünə dedi.

Fikirində Eltacla sevişməyini canlandırdı və göbəyindən aşağı süzülən xoş sızıltı onu daha da coşdurdu. Edəcəyi xəyanət ona ekstremal hərəkət kimi gəlirdi. Bütün bu qarışıq duyğular bədəninə həyəcandan üşütmə gətirirdi. Saata baxıb, yaşıl çayından bir qurtum içib, gecəni gözləməyə başladı.

Saat 00.45-idi, amma Vüsalə hələ də gəlməmişdi. Eltac fikirləşirdi, görəsən bu gecikməkdir, yoxsa gəlməyəcək. “Bəlkə məni istəmir”. Bayaqdan yüksək əhvalda olan oğlanın gözlərində kədər əmələ gəlmişdi. Yaranmış bu vəziyyəti də öz qara bəxtinə bağladı.

Ürəyində düşdüyü durumu, özünü, bəxtini lənətlədiyi vaxt qapının döyültüsü eşidildi.

- Gəl- Eltac sevincək halda dilləndi.

Vüsalə içəri keçdi və heç nə demədən qapını kilidlədi. Sonra qapıya söykənib, əllərini arxasında gizlədərək, Eltacın atəş saçan sual dolu baxışlarına ehtiraslı nəzərlərlə və gülümsəməklə cavabladı.

İndi lap cazibədar görünən Vüsalə əllərini önə çıxarıb, asta-asta irəli gələrək-Eltac sizə baş ağrısı üçün dərman gətirmişəm-dedi və yatağın yanında dayandı.

- Mənim dərmanım sizsiniz Vüsalə xanım- deyib, onu ehtiraslı səsi və duruşu ilə ovsunlayan tibb bacısını qucağına doğru çəkdi.

Nəfəskəsən öpüşlər başladı.-Elə bildim gəlməyəcəksən-Eltac qadının yanaqlarından öpə-öpə dedi.-Gəldim canım, yanındayam-Vüsalə oğlanı bərkdən qucaqladı.

Bir-birini elə sarılmışdılar ki, elə bil illərdir bir-birindən uzaq düşmüş iki doğma insan qovuşmuşdu. Bu onların mənəvi yaxınlığa nə qədər ehtiyac duyduqlarından xəbər verirdi. İkisi də son dəfə kiminləsə bu cür doğma şəkildə qucaqlaşdıqlarını xatırlamırdı. Hər ikisinin həyatında dərin boşluqlar olan məşuqlar indi nəvazişlərlə həmin boşluqları doldurmağa çalışırdılar.

Ehtirasdan alışan Eltac Vüsaləni özünə tərəf çəkdi. Tibb bacısı onu dayandırdı. Qadın bir az əylənməyə qərar vermişdi. Stateskopun qulaqlıqlarını qulağına taxıb, onu oğlanın sinəsinə apardı.-Nəfəs alın əziz Eltac bəy-Vüsalə göz vuraraq, zarafat etdi və stateskopun başını onun bədənində gəzdirməyə başladı. Vüsalə cəlbedici hərəkətlərlə stateskopun başını yavaş-yavaş Eltacın sinəsindən aşağı tərəf aparırdı. Eltac cuşa gəlmişdi və ehtirasdan titrəyirdi.

Stateskopun başı onun göbəyindən aşağı düşüb, bərkimiş cinsiyyət orqanın üzərində dayandı.

- Demək problem burda imiş-Vüsalə ehtiraslı səslə söylədi-Biz buranı müalicə etməliyik.

- İstiliyim var, hərarətimi aparın-Eltac əyləncəni davam etdirdi.

- Siz heç narahat olmayın-Vüsalə stateskopu boynundan çıxararaq dedi-İndi sizi sağaldacam.

Cazibədar tibb bacısı şalvarın üstündən daş kimi bərk penisi əli ilə sıxaraq, dodaqlarını Eltacın dodaqlarına apardı. Başgicəlləndirici öpüşlər onları bu dünyadan aparıb, ayrı aləmə atmışdı. Eltac tibb xalatını şövqlə qadının əynindən çıxarandan sonra öz futbolkasını da çıxartdı. Vüsalə toxunmağa xəyal elədiyi oğlanın enli və əzələli sinəsində əllərini gəzdirməyə başlayanda Eltac dodaqları ilə qadının zərif və çiçək ətirli boynunda hakimiyyət qurmağa başlamışdı. Qadınların ən erogen yerlərindən biri-boyundur! Eltac bunu bilirdi və dodaqları və dili ilə qadını lap qıcıqlandırıb, dəli edirdi.

- Off, hə - qadında ehtirasın yaratdığı dalğanın ilk lirik pıçıltıları eşidilməyə başlamışdı. Dodaqların mistik gücü sayəsində aldığı həzdən bihuş olan Vüsalənin azca aralı ağzı və yumulu gözləri qadını lap seksual göstərirdi.

Eltac notların yerini yaxşı bilirdi. Çiynindən öpə-öpə, sol əli ilə qadının sağ döşünü büstqalterin üstündən sıxmağa başladı. Onun dodaqları və əllərinin ünvanı anidən dəyişdi. Dodaqları Vüsalənin dodaqlarına, əlləri isə ehtirasdan süstləşmiş tibb bacısının kürəyində qovuşdu. Dili qadının dilini hiss edəndə, barmaqlarının ucu ağ büstqalterin açıldığı yeri hiss edirdi.

Cəhdi uğursuz olduğu üçün Vüsalə büstqalteri özü açdı. Eltacın gözünə sehrli xəzinə kimi görünən və heç də balaca olmayan dolğun döşlər oğlanı lap ehtiraslandırdı. Təyyarə aeroporta enən kimi Eltac aralı dodaqları Vüsalənin sağ döşünə endi. Eltac pambıq kimi yumşaq məməni dodaqları arasında sıxdıqca Vüsalənin qarnından aşağı tərəfə yüksək təzyiqli ehtiras dalğası gedirdi. Vüsalə inildəyirdi.

Eltac sanki gözəgörünməz dalğanın tibb bacısının bədənində yayılaraq, gəzişdiyi yerlərdə fırtına əmələ gətirdiyini görürdü. Dalğanın mərkəzləşmiş ünvanın yerinə sol əlini aparanda, Vüsalənin iniltisi lap artdı. O, büstqalterlə eyni rəngdə olan tüllü tumanın üstündən qadının vaginasını əlləməyə başladı.

Üzü üstə uzanan Vüsalə bu gün intim nəvazişlərin ən üstününü yaşayırdı. Ehtirasın sarsıdıcı gücündən gicgahları ağrıyırdı. Bu zərərli və xoşagəlməz ağrı deyildi. Eltac onun bədənində yaratdığı hakimiyyətlə yeni cığırlar açır və sərhədləri genişləndirirdi. Dodaqları ilə Vüsalənin bədənində gəzişən Eltac mərkəzi yerə yaxınlaşmışdı. Göbəkdən aşağı enəndə dodaqları tumana toxundu. Eltac həzzi artırmaq üçün tumanın yuxarısını dişləri arasına alıb balaca əsəbi itlər kimi onu dartışdırmağa başladı.

Vüsalə əllərini ona heç kimin yaşatmadığı fövqəl hissləri ötürən oğlanın saçları arasında gəzdirməyə başladı. Gicgahında rahatlıq bilməyən gicişmə dayanmırdı. Eltac tumanın yuxarı hissəsini dişləri ilə dartdı və bərk buraxdı: “Şapp” Rezinin ətə çırpılan səsi duyuldu.

Eltac ovuclarını qadının budlarından aşağı baldırına tərəf aparır və geri qaytarırdı. O, ovcunun içindəki istiliklə Vüsalənin baldırlarında hərarətdən başqa xoşagələn enerji yaradırdı. Bir neçə dəfə bu hərəkəti təkrar edəndən sonra Eltac ehtirasdan sərxoş olan qadının tumanını çıxartdı.

Eltac öz bədənində qanın necə iti sürətlə dolaşdığını duyurdu. Qarşısında gözəl, çılpaq qadın vardı və həmin qadın bu vaxt ərzində ona məxsus idi. Eltac əvvəllər də bir neçə xanımla yatmışdı, amma belə gözəl bədənə sahib qadınla ilk dəfə yaxınlıq edirdi.

O, şalvarını və tumanını çıxarıb, Vüsalənin dizlərindən tutaraq, özünə çəkdi. Bədəninə dəyən zərif bədəndən başqa, altında ona təslim olmaq üçün gözləmə mövqeyində aciz və ehtiraslı vəziyyətdə olan qadını görmək onu lap cuşa gətirirdi.

Qüvvətli qollarını Vüsalənin qollarının altına saldı, əzələləri tarıma çəkilmişdi və bu ona Herakl gözəlliyi verirdi. Tez-tez sızldayan zədəli dabanı nədənsə onu heç narahat etmirdi. Ehtiras və yaşadığı həzz sızıntı və ağrını ona unutdurmuşdu. İndi o, hətta aldığı travmaya, klinikada yatmağa görə də üzülmürdü. Əksinə, hələ sevinirdi ki, onu maşın vurub və nəticədə bəlkə də heç vaxt əlinə düşməyən fürsət düşüb. Onun toruna bu dəfə su pərisi düşmüşdü.

O, şahə qalxmış penisini Vüsalənin vaginasına sürtməyə başlayanda bu hal qıçının arası sulanmış qadını lap qıcıqlandırır, ona iztirab verirdi. Elə bil bütün bədəninə tikanlar batırdı. İztirabdan qurtulmağın çarəsi isə penisin içəri girməyinə bağlı idi.

Eltac altında gözəlliklərini açıb ona bəxş etmiş Vüsalənin həzz və ağrı qarışıq iniltisindən zövq alırdı. İnilti ona dünyanın ən gözəl musiqisi kimi təsir edirdi.

- Öldüm... Eltac -Vüsalə yalvardı.

- Mmm, bax belə-Eltac cavab verdi.

Vüsalənin iztirabını artırmaq üçün yenə dayanmadan penisini içəri salmadan, yuxarı-aşağı istiqamətdə onun vaginasına sürtən Eltac dişlərini qıcıyaraq bu hərəkəti bir neçə dəfə təkrar etdi. Və anidən bərk hərəkətlə penisini içəri saldı. Vüsalə onun enli çiyinlərinə dolaşmış əllərini açıb, dırnaqları ilə cırmaqlayıb, qışqırdı. Gözləri şirin iztirabın verdiyi acıdan yaşarmış qadın sanki göyün yeddinci qatına qalxmışdı.

Ağırlığını Vüsalənin üstünə salan Eltac asta templə işləməyə başladı. Nəfəslərindən başqa paylaşdıqları yüksək həzz hissləri bir-birinə qarışıb başları üzərində ehtiras dalğası yaratmışdı. Eltac tempi artırdıqca həmin dalğanın miqyası böyüyürdü.

Qadın üçün yad olan Eltac indi ona fiziki və mənəvi cəhətdən ən yaxın şəxs idi. Onu çox yaxşı başa düşür və tam qane edirdi. Vüsalə içində hiss etdiyi şəxsə böyük minnətdarlıq duyğusu hiss edirdi.

Xoşbəxtlik zirvəsinə qalxan Eltac qadını özünə tərəf sıxır və tək gözlü ilanın verdiyi möcüzə sayəsində girib-çıxdığı yerdən özü və başqası üçün harmonik hisslər yaratdığını duyurdu.

O, intim kontaktın ən qızışmış yerində məqsədli şəkildə ilanını yuvadan çıxarıb, yenidən Vüsalənin vaginasına sürtməyə başladı. Bu hal sevişməyi ilk dəfə doya-doya yaşayan Vüsaləni lap qıcıqlandırdı. Qadının bədən dilini yaxşı bilən Eltac qıcıq və iztirabları artırmaq üçün penisini vaginaya döyəcləməyə başladı. Təslimiyyətini və acizliyini büruzə verən Vüsalənin ehtirasdan az qalırdı ürəyi getsin. Başını dumanlandıran ehtiras sarmaşıq kimi hər tərəfini sarmışdı. Birdən-birə bu qədər güclü ehtirasdan yaranan həzzə görə bədəni lərzəyə gəlmişdi.

- Sal onu ora noolar, - Vüsalə gözündən yaş gələ-gələ yalvararaq-dözə bilmirəm daha-dedi.

Yaratdığı ehtirasdan fərəhlənən Eltac yenə anidən və iti sürətlə sevişməkdən daha da gözəlləşən Vüsalənin içinə daxil oldu.

Gözlərinin böyürlərindən yaş damcıları cığır aça-aça sürüşüb saçlarına tərəf gedən Vüsalə inildəyə-inildəyə ağlayırdı. Göz yaşları şirin iztirabın ruhuna və bütün bədəninə çaxdığı şimşəkdən sonra yaranan rahatladıcı duyğu idi.

- Dayanma, tez-tez elə.- Eltacın boynunu bərkdən sıxan Vüsalə inildədi.

- Hə, daha bərk istəyirsən?, -Eltac sürətini artırıb, aşağı tərəfdə təzyiqi yüksəltdi-necədi belə-deyib, qımışdı.

Qaynayan süd daşmaq üzrə idi. Vüsalənin dodaqları Eltacın boynuna və qulağına dirənmişdi. Oğlan həm də qadının ona məlhəmverici klassik musiqi kimi təsir bağışlayan iniltilərdən və şirin, isti nəfəsindən vəcdə gəlirdi.

İnilti, qarışmış nəfəslərin və çılpaq bədənlərin bir-birinə toxunmasından yaranan səslərdən başqa tərpənən yatağın cırıltısı da otaqda sevişmə simfoniyası yaratmışdı.

Və budur! Harmonik mübadilə aparan cütlük kuliminasiya nöqtəsinə vardılar. Onlar bir yerdə orqazma çatdılar. O, an Vüsalənin gözəl simasında yaranan riqqət doğuran cazibədarlıq bütün dünyaya ötürülən məşhur sitatı xatırlatdı: “Əgər sən qadınınla maraqlanmırsansa, onunla başqası maraqlanar!”

***

Unudulmaz gecənin üstündən 10 gün keçmiş və məşuqlar hələ də görüşməmişdilər. Əlaqələri ancaq çox az halda yazışdıqları Facebook vasitəsilə idi. O vaxtdan bəri cəmisi 2 dəfə telefonla danışmışdılar.

Bir həftədir artıq bacısıgildə olan Eltac xəstəxanaya Vüsaləni görmək üçün gələcəyini yazanda qadına çətin olsa da bu sonu olmayan gizli əlaqəni birdəfəlik bitirməyə qərar vermiş və Eltacdan xahiş etmişdi ki, bir də ona nə yazsın, nə də axtarsın. Eltac məyus halda heç vaxt unutmayacağı qadının xahişinə boyun əymiş və hətta bir il sonra da Samirin hesabına düzəldiyi gəmidə matrosluq edərkən tez-tez onun üçün darıxsa belə verdiyi vədə əməl edib, qadını heç vaxt aramamışdı.

# 6213 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #