Girov qəhrəmanlar

Girov qəhrəmanlar
19 yanvar 2016
# 17:42

Hər şey geridə qalıb. Neytral ərazidəyik. Mənimlə gəlmələrini istəyirəm. İkisi də bir ağızdan:

- Bu torpaqda doğulduq, burada da öləcəyik - deyirlər.

- Ölmək zamanı deyil!

- O zaman, siz buna hazır olanda, biz də inadimızdan dönərik.

Nə qədər dilə tutsam da xeyri yoxdur. Ağlayıram. Onlarsız qayıtmaq istmərəm.

“Allahu Əkbər, Allahu Əkbər”... Saat 06:40... Səhər azanı verilir. Yuxu imiş! Çox şükür! Onlara üzülürəm. Mən yuxularımda, xilaskarlarım isə gerçək həyatda yaşayırlar gördüyüm dəhşətləri. “Kaş mənimlə gələrdilər”. Yuxunun təsirindən çıxa bilmirəm. Pəncərədən çölə baxıram. Hava hələ də işıqlanmayıb.

Yuxunu yadıma salıram. Qarabağdayam. İllərlə ayağımızın dəymədiyi torpaqda. Həyəcanlıyam. Narahatam. Özümə görə yox, doğmalarım üçün. Görəsən haradadırlar? Düşməndən gizlənə biliblər? Yoxsa, əsir düşüblər? Beynimdə o qədər sual var ki...

Qanadsız uçmağa başlayıram. Bacardığım qədər yüksəlirəm.

Birdən dizlərimə ağırlıq çökür. Qəfildən binanın damına çırpılıram. Əli silahlılar məni mühasirəyə alır. Öz murdar dillərində nəsə mızıldayırlar. Qaçmaq istəyirəm, ayaqlarım sözümə baxmır. Taqətim tamam tükənib. Nə olacaqsa, olsun artıq. Onlardanmı qorxacam?

Gözlərinin içinə dik baxıram. Qururla, sınmadan, qorxusuz. Üstümə gəlirlər. Sonra gözlərimi yumuram. Birdən mərəkə qopur. Gözlərimi açıram. Yenə onlar. Dilqəmlə, Şahbaz. Xilaskarlarım. Bir nəfər olsun diri erməni qoymayıblar. Bu dəfə onlar əlimdən tutub mənimlə bərabər uçurlar...

Realda ikisi ilə də yaxından-uzaqdan heç bir bağlılığım yoxdur. Onlar da mənim varlığımdan xəbərsizdirlər. Elə isə niyə yuxularıma gəlirlər? Hər səfərində məni qurtarırlar. Əslində özlərinin köməyə ehtiyacları var.

Onların hər keçən gün şam kimi əriyib gedən bədənləri gözlərimin önündədir. Dağ kimi insanlar necə də “çöpə” dönüblər?! Doğulduqları torpaqda yadların əlində girovdurlar. Buna can dözər?!

Hər yuxuma gələndə hal-əhval tuturam. Həmişə susurlar. Danışmaq istəmirlər. Niyəsini bilmirəm. Bəlkə də məni üzməmək üçün belə edirlər. Kənardan zəif görünsələr də təhlükədə olduğumu hiss edən kimi köməyimə gəlirlər. Məni, doğma torpaqlarımızı işğal edən düşmənə vermirlər. Hər səfərində xilas edirlər.

Biz isə onları xilas edə bilmirik...

# 1506 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #