Sevgili Erkan

Sevgili Erkan
20 yanvar 2015
# 14:54

Yan masada oturan bu iki qız bir-birindən o qədər fərqlənirdi ki, onları bir araya nəyin gətirdiyi təxmin etmək hətta bir yazıçının da xəyal dünyasını aşan şey idi…

Kefsiz idim. Neçə vaxtdı düzəməlli bir şey yaza bilmirdim. Mövzu ərşə çəkilmişdi elə bil. Tükəndiyimi hiss edirdim. Siz bilməzsiz yazıçı üçün bu nə qədər ağır şeydi. Sanki sevgilin səbəbsiz yerə səni tərk edib. Bilmirəm bənzətməm nə qədər uğurlu alındı amma özümü sıxılmış limon kimi hiss edirdim: suyum çəkilib, qabığım heç kimə lazım deyil və mən artıq ölümə məhkumam. Üstəlik sabah da qəzetə yazı göndərməsəm, işdən qovulacaqdım. Dibsiz bir dilxorçuluq və bir o qədər dərin ümidsizlik içində türk kafelərinin birində tək başıma çayımı udumlayırdım. Elə bu anda yanımdakı masaya iki qız əyləşdi və mən onların gəlişindən az sonra bir daha Allahıma şükür elədim ki, yazıçı kimi məni başqa bir yerdə yox, məhz Azərbaycanda dünyaya gətirib.

Ölkəm yazar tayfası üçün əsl cənnətdi. Mən elə burdan mövzu tapmaqda çətinlik çəkən həmkarlarımı bu cənnətə dəvət edirəm. Geyinin, gecinin gəlin. Nə var ey Avropada? Yazmağa mövzu da tapmırsan. Dənizlər mürəkkəb, ağaclar qələm olsa, ölkəmin möhtəşəm iqlimi və möhtəşəmlikdə ondan geri qalmayan insanları haqqında avropalı qardaşlarımız istənilən qədər kitab yaza bilərlər. Sonra aparıb öz ölkələrində nəşr edərlər, xalqları da oxuyar. Necə olsa bizim möhtəşəm insanımızın kitab kimi lazımsız şeylərə ayıracaq vaxtları yoxdu.

Yan masada oturan bu iki qız bir-birindən o qədər fərqlənirdi ki, onları bir araya nəyin gətirdiyi təxmin etmək hətta bir yazıçının da xəyal dünyasını aşan şey idi. Hər halda yəqin çoxdandı bir-birini görməyən uşaqlıq dostu olmalı idilər, ya da ki, uzaq qohum. Ağlıma başqa bir şey gəlmir. Mən bu iki qız söhbət edərkən telefonumu qurtdalayır, heç oralı deyilmiş kimi davranırdım. Əslində isə bir qulağım onlar oturduğu masanın dəvətsiz qonağı idi. Və mən nə yazacağımı deyəsən tapmışdım:

  • Lalə, ne kadar heyecanlı olduğumu sana anlatamam. İçimde kelebekler bir o yana-bir bu yana uçuşup duruyor,- əynində qara plaş, ayağında qara çəkmə, başında qara eynək və bu qədər qaraçılığa rəğmən hələ də gözəl olan qız həyəcanla dedi.
  • Otur aşağı sən Allah. Onsuz da bütün yol boyu danışmısan, bari imkan ver burda bir az rahat oturaq,- ayağında qəhvəyi rəngli sadə ayaqqabı, elə bu rəngli kofta geymiş sadə, bir o qədər də cazibədar qız yaşıl rəngli pencəyini çıxararkən halından bezgin ifadəylə cavab verdi.
  • Ay öyle deme kız, çok mutluyum,- dedi bəridəki, onun bezginliyinin tam əksi sevinclə.
  • Sən əvvəlcə de görüm necə tanışdız bu oğlanla?
  • Otobüsde.
  • Necə yəni otobüsde? Bağdagül, dəli eləmə adamı. Öz dilində danış. Ətim tökülür Vallah. Avtobusda tanış olduğun oğlanla evlənmə xəyalımı qurursan?
  • Nə var ki, bunda? Görsen ne kadar romantikdi. Aynı filmlerdeki gibi. Önce selam verdi. Tabi ilk yüz vermedim ben…
  • Sonra türk olduğunu anlayınca həmən yavşadın təbii ki…

Adının Bağdagül olduğunu yenicə öyrəndiyim qız təəccüblə soruşdu:

  • Yavşamaq nə deməkdi ki?
  • Nəysə, sən davam elə.
  • Mənə “hanımefendi” dedi. Sözdeki güzelliye bakarmısın Lale: hem hanım, hem efendi.
  • Bu sözün eynisini bəylər üçün də deyirlər,- Lalə başını yellədikdən sonra dedi,- elə buna görə aşiq oldun bu adama?
  • Saçmalama Lale,- Bağdagül etiraz elədi,- ben o kadar basit birisimiyim?
  • Bilmirəm, ola bilər.
  • Kes lütfen. Bi görsen ne kadar yakışıklı,- birdən ciddiləşdi,- özü də bizim gədələrə heç bənzəmir ha: gic-gic söz atsın,- sonra təzədən yumşaldı,- padxod eləmə şekli bile bir başka. Ve tabi çok da yakışıklı. Görsen, sen de hemen aşık olur, bana hakk verirdin Lale hanım. Ah Erkan ah.. Yaktın beni..

Lalə qızın danışdıqlarından sıxılıb ofisiantı çağırıb çay sifariş elədi. Bağdagül danışmağa, çarəsiz Lalə dinləməyə davam edirdi:

  • Arkaya taranmış saçı, misk kokusu, keçi sakalı, idmançı bedeni…
  • Qulağına taxdığı küpesi…
  • Küpəni sən tax Lalə,- Bağdagül birdən əsəbləşdi,- sevgilimlə məzələnmə xahiş edirəm.
  • Az tupoy, “küpe”, “sırğa” deməkdi bizim dildə. Sənin kimilərə deyilib də: ah cici kız, cicili-bicili giyinince, sosyeteye gircenmi sandın?
  • Sosyete nədi ki?
  • Allahım bu qız dəli edəcək məni ! – Lalə əlini başına vurdu,- sənin girməyi istədiyin, ancaq adını bilmədiyin şey deyək biz buna. Bağdagül, nə məcburdu türk dilini belə təhqir edəsən? Olmaz ki, öz dilimizdə adam kimi danışasan?
  • Erkanla danışanda istəyirəm yaxşı danışım da Lalə, niyə bu qədər əsəbləşirsən?
  • Boş ver onnan yaxşı danışmağı. O bizim ölkədədi, biz onun yox. Zəhmət çəksin dilimizi öyrənsin. Sənin kimilərin ucbatından bizə hörmət qoymur bunlar. Özünə hörmət elə ki, onlar da sənə hörmət eləsin,- Lalə hirsli danışmağa davam elədi.
  • Hepimiz kardeşiz, bu öfke ne diye Lale hanım?
  • Mən də bilirəm qardaşıq. Amma eyni adam deyilik. Onun öz tərzi var, bunun öz tərzi. Hərə özü olsa yaxşı olar. Nə işlə məşğul olur bu adam?

Nəhayət ki, söhbət Bağdagülün istədiyi məcraya düşdü. Əllərini bir-birinə qovuşdurub sifətinə heyranlıq dolu bir ifadə verdi və başladı:

  • Futbolçudu ! Bizim komandalardan birində oynayır, amma gələcəkdə hədəfi Fenerbahçede oynamaqdı. Düşünsənə, evləndiyin adam azarkeşi olduğun komandada oynayır.
  • Sən nə vaxtdan belə futbol sevən çıxmısan? Özü də sən demirdin Beşiktaşlısan? Fenerbahçe hardan çıxdı? – Lalə soruşdu.
  • Aşqım için takımımı deyişmiş olmamazmıyım Lale? – Bağdagül bu sualı fədakarca cavabladı.
  • Ola bilərsən. Çox da önəmli deyil zatən. Bir quşu, başqa bir quşa tərcih eləmisən,- Lalə kinayə dolu simayla dedi, -nəysə, ofisiantı çağır, çayları təzələsin.
  • Garson bey…,- ayağına dəyən təpik onu özünə gətirdi,- bağışlayın. Ofisiant, bizə iki çay da zəhmət olmasa.
  • Harda qaldı sənin gülməşəkərin? – Lalə kiçik çantasından böyük bir kitab çıxarıb oxumağa başlayarkən soruşdu. Bağdagül bunu öyrənmək üçün başı boyda telefonunu çıxarıb zəng elədi. Sonra əlinə bir salfet alıb dodağındakı boyanı silib yenidən çəkməyə başladı. Mənsə bu arada həmin iki qızdan necə bir obraz yaradacağımı düşünürdüm. Çox düşündüm və qərar verdim ki, bu qızları yazarkən onlara nəsə əlavə etmək, nəyisə şişirtmək lazım deyil. Millətimin içində elə insanlar var ki, onlara nəsə əlavə etməyə çalışmaq Allahın yaratdığına xor baxmaq kimi bir şeydi. Onlar hazır obrazdılar: olduqları kimi götürüb əsərin içinə qoyacaqsan, hamı oxusun. Kefim yavaş-yavaş açılırdı.
  • Nə oxuyursan Lalə? – pudralanmaqdan boya qabına düşmüş kimi görünən Bağdagül soruşdu.
  • “Səfillər”,- Lalə kitabın üzünü ona göstərərdi.
  • Ver baxım ona, yaman tərifləyirlər bunu,- kitabı əlinə alıb üstündəki şəkilə diqqətlə baxdı. Sonra bir az irəliyə, bir az geriyə vərəqləyib geri qaytardı. – Bu qədər qalın kitabları oxumağa hövsələni hardan tapırsan başa düşə bilmirəm də.
  • İnsanlar oxuduğu kitablar qədərdi Bağdagül. Hər kitabı bitirəndə oxuduqların beynindən süzülüb ayaqlarının altına enir. Və sən ayağını öyrəndiklərinin üstünə qoyub dünyaya bir az da yuxarıdan baxırsan. Dünyanı daha yaxşı görmək üçünsə, bir az da yuxarıdan baxmalısan,- Lalə səbrlə izah etdi.
  • Yenə başladı da fəlsəfəyə,- makyajla məşğul olan qız güzgüyə baxa-baxa baxa danışdı,- bir işə yarasa dərd yarıdı. Bu gedişlə sən evdə qalacaqsan Lalə. Məndən deməkdi. Kişilər onsuz da ağıllı qadını sevmirlər. Bu qədər oxumaq mənasızdı.
  • Sənin dediyin teorem ağılsız kişilər üçün keçərlidi.
  • Az, onsuz da ağıllı kişi yoxdu, boşuna axtarma. Kişinin ağlı olsa çönüb qadına baxmaz. Amma mən yubkamı bir az yuxarı qaldırıb küçəyə çıxsam, savadlı-savadsız bütün kişilər pendir dalınca qaçan siçovullar kimi arxamca düşəcək,- Bağdagül fəlsəfi danışmaqda Lalədən geri qalmadı. – Ona görə sənin oxuduğun qalın-qalın kitablar mənasızdı. Amma hər kitab mənasızdı deyə bir şey yoxdu təbii ki. Gəl sənə “Ərə getməyin 99 yolu” adlı bir kitab verim oxu,- özündən razı halda qaşlarını düzəldən qız dedi,- bu barədə də bir-iki şey öyrən. Yoxsa, həqiqətən evdə qalacaqsan.
  • Vallah Bağdagül, yüz il düşünsəm, səni kitab oxuyan vəziyyətdə təsəvvür edə bilməzdim. Sənin oxuyacağın kitab bundan artıq olmayacaqdı ki,- Lalə sifətini turşudub kitabı ilə maraqlandı. Bağdagül o arada çantasında arxeloloqlarınkını xatırladan eşələmə işləri ilə məşğul idi:
  • Ay Allah, bu “pomada” hara yoxa çıxıb? – Qarışdırmaqdan bezib çantanın içindəkiləri stolun üstünə yığmağa başladı: güzgü, qayçı, daraq, bir sürü makyaj malzəməsi, qapaqaçan… Lalə qapaqaçanı görəndə gözü kəlləsinə çıxdı:
  • Bu nədi az? Qapaqaçan gəzdirirsən özünlə?
  • Az bir də görürsən lazım olur da,- Bağdagül axtarışına davam edərək dedi.
  • Bax gör orda balıq yemi də yoxdu ki? Balıqlarıma yem alasıyam, bir də onun dalınca bazara getməyim,- Lalə təəccübdən arxaya söykəndi. Bilmədi gülsün, yoxsa ağlasın.

Çox keçmədi ki, iki Türkiyə vətəndaşı içəri girdi. Bu iki qız kimi türklər də bir-birindən çox fərqlənirdi. Bu fərq elə onların qızlarla görüşməyindəcə üzə çıxdı. Erkan Bağdagülü qucaqlayıb öpəndən sonra Lalənin əlini öpüb “Bağdagül, kim bu güzel bayan?” deyərək tanışlıq eləsə də, o biri oğlan iki qıza da başı ilə salam verib nəzakətlə süfrəyə əyləşdi.

  • Ee aşqım, nasıl geçti maç? – Bağdagül sevgilisini qucaqlayıb bayaqdandı məşq etdiyi dildə səsləndi.
  • Valla süperdi aşkım. Keşke sen de gelseydin. İki tane super gol attım. Hatta bir tanesini üç, yok-yok dört kişiyi çalımlayarak atdım,-bu birisi qürurla cavabladı.
  • Oo süpersin aşqım. Sen bu hızla gidersen Fenerbahçenin seni alması yakındır. Lale, sana söylemeyi unuttum. Erkan gençken az kalsın Fenerbahçe`ye tranfer oluyomuş..
  • Yaxşı da? – Lalə guya təəccüblənibmiş kimi elədi.
  • Fenerbahçe değil hayatım, Galatasaray`dı o. Sadece ben fenerli olduğum için rakip takıma gitmeyi redd etdim. Sonra sol ayağım kırıldı. Kısmet işte. Uzun süre futboldan uzak kaldım. Benim için çok zor bir dönemdi. Olmasa belki çokdan Fenerbahçe`ye gitmişdim bile. Bana “Solak Erkan” derdi her kes o zamanlar. Şimdi Olcay Şahan gibiler iki de bir muhteşem sol ayağı ile övünüp duruyor. Ah ben Fener`de oynasaydım da, gerçek solak nasılmış her kes görseydi,- deyə Erkan heyifisləndi.
  • Tamam oğlum abatma bu kadar,- o biri türk dözə bilməyib dilləndi,- Messi senin övdüyün kadar övmedi ha sol ayağını.
  • Ne var oğlum? Gerçeyi söylemek suçmu?
  • Başlatma gerçeyinden. Cavid üç kişiyi çalımlayıp sana pas atsın, boş kaleye top yuvarla, ondan sonra gel kızlara hava at. Azerbaycan alt liginde oynuyoruz oğlum, biz. Bilmem farkındamısın?

Söhbətin qızışdığını görən Bağdagül o saat sevgilisinin müdafiyəsinə qaldı:

  • Ay üstüne gelmeyin benim aşqımın, bi tanedir o. Zamanla düzelecek her şey. Önce bizim liqde parlayar, sonra Türkiyeye transfer olur. Dimi aşqım?
  • Elbette bi tanem. Sen şu Sinan denen gerizekalıya takma kafayı. Sen bitanesin çünki.
  • Öylemiyim gerçekten?,- Bağdagül işvəylə oğlandan bir az da tərif eşitmək istəyən dillə dedi.
  • Tabi ki aşkım. Sen benim bağımdaki biricik gülümsün Bağdagül,- Erkan indiyədək görülməmiş romantiklikdə bir cümlə qurdu.
  • Lalə, görürsən nə romantikdi Erkan?
  • Yalansa romantik ilan vursun onu,- bayaqdan kinayə ilə bunlara baxan Lale donquldadı.
  • Efendim Lale hanım? – Erkan Laləyə sarı çevrildi.
  • Heç, elə-belə. İşinizdə olun siz.
  • Arkadaşın ne kadar kızgın biri Bağdagül?
  • Normalde çok iyi biridir ama bu gün bi haller oldu buna,- Bağdagül Laləyə mənalı-mənalı baxdı.
  • Bağdagül, bambılılıq eləmə sən canın. Qoy oturmuşuq,- Lalə getdikcə səbrsizlənirdi.
  • “Bambılı” ne demek, Lale hanım? Çok ilginc bir kelime. İlk defa duyuyorum ben– Erkan maraqla soruşdu.
  • Heç. Bir növ yeməkdi biz tərəflərdə,- Lalə onu yola verdi.
  • Bir gün tadına bakmayı çok isterim valla.
  • Qismət. Əgər bir gün Bağdagülü yeyəsi olsan, biləcəksən zatən bambılının necə bir yemək olduğunu. – Lalənin nə demək istədiyini başa düşən tək adam – Bağdagül hirsindən stolun altından Laləyə bərk bir təpik ilişdirdi. Lalə bunu vecinə almadan gülməkdən uğunub getdi. Təbii yan masadakı mən, qəhqəhə atmamaq üçün ağzımı əlimlə bağladım. Sonra süfrəyə yenicə qoşulmuş türklər özlərinə və qızlara türk qəhvəsi sifariş verdilər. Erkanın dostunu bəyənən Bağdagül soruşdu:
  • Erkan, arkadaşın bekarsa, bizim Lale ile tanışdıra biliriz. Çok yakışırlar bir-birine,- elə bu an bir təpik də Bağdagülə dəydi.
  • Bunu mu? Sen boş ver onu ya. Onun böyle şeylerle pek arası yoktur. Çıplak karı görse yüzünü kapatıp kaçar hemen,- Erkandan başqa bu zarafata gülən olmadı. – Bu var ya bu, daha eli kadın eline değmedi.
  • Erkan yeter oğlum ya, ayıp oluyor,- Sinan qızardı.
  • Ne var oğlum? Eğleniyoruz işte. – Erkan davam elədi.
  • Gerçi sen de haklısın. Ne demiş peygamber : gün gelecek zina yapanlar değil, iffetli insanlar kınanacakmış.

Erkan Sinanla məzələnməkdən əl çəkmədi:

  • Şu sizin peygamber de her şeyi biliyor maşallah. Geçmiş dememiş, gelecek dememiş, her şey hakkında bir şey söylemiş şerefsizim.
  • Şimdiye kadar söylediyin en doğru söz buydu Erkan,- Sinan heç halını pozmadan cavab verdi.

Söhbət bu məcrada xeyli davam elədi. Sonra futbolçular buradakı şəraitdən, gələcək planlarından xeyli danışdılar. Bağdagül bu söhbətləri Erkanı qucaqlayaraq dinləyirdi. Erkan gələcək planlarından danışdıqca o, bu planların içində durmadan özünü axtardı. Ancaq çantasındakı “pomada” kimi özünü orda tapa bilmədi. Və tipik bir qadın həmləsi edərək özünün də bu planlarda yer almalı olduğunu uyğun bir dillə söyləməyə çalışdı:

  • Aşqım şey diycem. Fenerbahçeye değil de, Türkiyede başka bir takıma transfer olsan olmazmı? Hem oraya yerleşir, hem de orda evleniriz.

Bağdagül bunu deyən kimi stoldakı abu-hava birdən dəyişdi. Lalə Erkanın nə qədər ciddi olduğunu öyrənmək üçün gözlərinə baxdı. Bağdagül səbrsizcə Erkandan cavab gözlədi. Ən çılğın refleks isə masanın ən sakiti Sinandan gədi:

  • Evlenmekmi? Hanımefendi yoksa bu pezevenk size bekar olduğunumu söyledi?!
  • Necə bəyəm? Evli olsa onnan niyə münasibət qurum ki?,- Bağdagülün birdən öz dilində danışmağı tutdu.
  • Oğlum, ne biçim insansın sen ya? – Sinan Erkana tərəf döndü. – Evli hanımefendi bu herif evli. İki de çocuğu var İnegölde.
  • Nə?! İki də uşağı var?! – Bağdagülü kimsə cin atına mindirdi.
  • Ben sandım ki, flört ediyorsunuz sadece. Gerçi bu herife evli bir adama böyle şeylerin yakışmayacağını defalarca anlatsam da dinleyen kim?
  • Erkan ! Düz deyir bu oğlan?! – Bağdagül ispan buğalarına xas əsəblə elə bağırdı ki, kafedəki hər kəs dönüb onlara baxdı.
  • Lan iki flört edip takılalım dedik, her şeyi mahv etdin, seni ne diye getirdim ki ben buraya? – Erkan ayağa qalxdı,- Bağdagül, dur açıklaya bilirim. Ben karımı sevmiyorum zaten…
  • Nəyi açıqlayacaqsan ə şərəfsiz?! – Bağdagül daha da əsəbləşdi,- ikinci liqada, adını təmsil etdiyi rayonun camaatının belə bilmədiyi komandada oynadığın bəs deyil, hələ məni barmağına da dolamısan? Sənə görə bilirsən nə qədər elçini dala qaytarmışam mən?!
  • Daha tanışanı bir ay bile olmadı. Kaç tane elçi gele bilir ki sana?,- Erkan etiraz edən tərzdə soruşdu.

Bağdagülün bu suala cavabı qısa və çox aydın oldu. Erkanın sifariş elədiyi ancaq qızlardan heç birinin içə bilmədiyi türk qəhvəsi onun başından aşağı töküb kafedəki hər kəsin böyük maraqla izlədiyi çılğın şousuna davam elədi:

  • Bir də səhərdən zəhləmizi tökmüsən, sol ayağım elə getdi, sol ayağım belə getdi. Kıçımın solağı,- yadelli söyüşləri məharətlə istifadə etmə bacarığına görə bizim qızları təqdir eləmişəm həmişə,- gedərsən o sol ayağını öz ölkəndə…,- burasını yazsam oxucularımızdan ayıb olacaq. Bağdagül, kifayət qədər əsəbi bir halda içi min bir xırdavat dükanını xatırladan çantasını alıb ağlayaraq kafeni tərk etdi. Lalə sakitcə ayağa qalxıb:
  • Sifariş elədin amma acı olduğu üçün içmək mümkün olmadı enişte. Bari israf olmasın,- deyib türk qəhvəsini türk vətəndaşının başından əndərib Bağdagülün arxasınca qaçdı. Erkan öz dilində desək nəyə uğradığını şaşırmış durumda kağız dəsmalı alıb üstünü təmizləməyə çalışarkən Sinanın yazığı gəlib ona üst-başını təmizləməyə kömək edirdi. Erkan bütün hirsini ağzını ayırıb onlara baxan zavallı ofisiantdan çıxdı:
  • Garson ! Öyle mal-mal bakacağına hesabı getirsene oğlum !

Mən artıq nə yazacağımı çox gözəl bilərək hesabı ödəyib kefsiz girdiyim kafeni sevincdən uçaraq tərk elədim. Sabahın mövzusunu da belə tapdıq. O biri günlərə də Allah Kərimdi.

# 2249 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #