İnsan utanmayan heyvandır - Stenli Kubrikin həyat qaydaları

İnsan utanmayan heyvandır - <span style="color:red;">Stenli Kubrikin həyat qaydaları
26 iyul 2018
# 15:37

Bu gün amerikalı kinorejissor Stenli Kubrikin anadan olmasının 90 ili tamam olur. Kulis.az bu münasibətlə rejissorun həyat qaydalarını müəyyən edən fikilərini təqdim edir.

Bir adam roman yazır. Başqa biri simfoniya. Mütləqdir ki, biri də film çəksin.

İnsan seçə bilməyəndə insan olmaqdan məhrum olur.

Kainat haqqında ən dəhşətli fakt onun intiqamçı, bizə düşmən olması deyil, onun laqeyd olmasıdır. Lakin biz bu laqeydliklə razılığa gələ bilsək və həyatı ölümün sərhədlərində qəbul edə bilsək bizi varlığımız bir məna və əsl həzz kəsb edə bilər. Ucsuz qaranlığa öz işığımızı gətirməliyik.

Image result for stenli kubrik

Yazıla bilən bir şey çəkilə də bilər.

Mənim arvadım, üç uşağım, üç itim və yeddi pişiyim var. Mən tənhalıqda oturub əzab çəkən Kafka deyiləm.

Əgər insan çevrilib onu təhdid edən faniliyi və dəhşət haqda, kosmosdakı tənhalığı və bu tənhalığın əhəmiyyətsizliyi haqda düşünsə, şübhəsiz ya dəli olar ya da faydasız olduğunu dərk edər.

Mən uşaqları əsas motivləşdirici kimi qorxu altında təhsil almasını böyük səhv sayıram: aşağı qiymət almaq qorxusu, sinifdə qalmaq qorxusu və s. Təhsil məsələsində qorxu faktoru maraqlandırmaqla müqayisədə nüvə bombası ilə taraqqa kimidir.

Image result for stenli kubrik

Dramatik formanın mahiyyəti ondan ibarətdir ki, artikulyasiya olunmuş ideya auditoriyanın ağlına özü gəlsin. Birbaşa auditoriyanın üzünə söylənən ideya insanların özünün aşkarladığı qədər güclü təsir bağışlamır.

Əgər Leonardo tablonun altına “Qadın sevgilisindən nəsə gizlədərsə, gülümsəyir” yazsaydı, onu necə dəyərləndirəcəkdiniz? Bu tamaşaçını reallıq hissinə bağlayacaqdı, mən filmlərimlə belə olmasını istəmirəm.

Əşyalar haqda həqiqi təsəvvür dərketmə yox, hissiyyat bəxş edir.

Image result for stenli kubrik

Bəlkə gülməli görünür, amma gənc kinematoqrafçılar bunu etməlidir: kameranı qapıb lent qoyub film çəkməlidirlər, necə olursa olsun.

Əli kameralı rejissor əli qələmli yazıçı kimi azaddır

İnsan nəcib heyvan deyil, utanmaz heyvandır. O şüursuz, zəif, axmaq, maraqları toxunan məsələlərdə obyektiv ola bilməyən səfehdir.

Film bədii əsərdən çox musiqi əsərinə oxşamalıdır. Mövzu emosiyaların arxasında gizlənməlidir, məna həmişə sonra gəlir.

Təbii, azad insan dağıdıcı, şər daşıyandır. “Xeyirxahlıq” insana yadlaşmış dövləti adamlara tabe etməyə kömək edən, onu “mexaniki portağal”a çevirən vasitədir.

Böyük xalqlar özlərini həmişə quldur kimi aparırlar, kiçik ölkələr isə fahişə kimi.

19 yaşımadək bir kitabı da həzz alaraq oxumadım.

# 1485 dəfə oxunub

Oxşar xəbərlər

Qonağı quyuya atan kəndlilər - Kişi qadınsız mövcud ola bilərmi?

Qonağı quyuya atan kəndlilər - Kişi qadınsız mövcud ola bilərmi?

17:00 22 yanvar 2025
“Nizami: daxili aləm” filmi ilk dəfə mavi ekranda

“Nizami: daxili aləm” filmi ilk dəfə mavi ekranda

13:27 22 yanvar 2025
"Qızıl ayı" üçün yarışacaq 19 film

"Qızıl ayı" üçün yarışacaq 19 film

11:00 22 yanvar 2025
Bu seriallar yayımdan çıxarıldı

Bu seriallar yayımdan çıxarıldı

09:23 22 yanvar 2025
Stallonenin yeni filmi sıfır bal topladı

Stallonenin yeni filmi sıfır bal topladı

12:10 21 yanvar 2025
Gedin, o tərəfdə oynayın!  - "Apatiya" filmi haqqında

Gedin, o tərəfdə oynayın! - "Apatiya" filmi haqqında

15:00 19 yanvar 2025
# # #