Kann festivalının əsas mükafatı lesbianlara çatdı - FOTOLENT

Kann festivalının əsas mükafatı lesbianlara çatdı - FOTOLENT
27 may 2013
# 11:19

Dünən 66-cı Kann festivalı yekunlaşdı. Rejissor Stiven Spilberqin rəhbərlik etdiyi münsiflər heyəti qalibləri müəyyənləşdirdi.

Budəfəki festivalda “Qızıl palma budağı” mükafatının qalibi Tunis əsilli rejissor Abdelativ Keşişin “Adelin həyatı. Birinci və ikinci hissələr” filmi oldu. Film iki lesbian xanımın həyatından bəhs edir.

Koen qardaşları mükafatlandırmada iştirak etməsələr də onların “Lyuin Devisin içində ” filmləri festivalın Qran-Pri mükafatının qalibi olub. Mükafat aktyor Oskar Ayzekə təqdim edilib.

“Ən yaxşı qadın roluna görə” mükafatı iranlı rejissor əsgər Fərhadinin “Keçmiş” filmindəki roluna görə Berenis Bejoa verilib.

Əsas müsabiqənin ən gənc iştirakçısı olan meksikalı Amant Eskalante “Eli” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olub. “Eli” filmi sosial mövzudadır, narkotik qaçaqmalçılığı və onların ailələrindən bəhs edir.

Münsiflərin mükafatına isə “Ata necədirsə oğul da o cürdür” filminə görə yaponiyalı rejissor Xirokadzu Koreeda sahib olub.

“Ən yaxşı kişi rolu”na görə mükafatını “Nebraska” filmindəki ifasına görə 76 yaşlı amerikalı aktyor Bryus Dern qazanıb. Mükafat filmin rejissoru Aleksandr Peynə təqdim edilib. Aktyor bildirib ki, bu onun kinoda son işidir.

“Ən yaxşı ssenari” mükafatının sahibi ”Günaha toxunuş” filminə görə Çinli Çzya Çjanke olub. O həm də filmin rejissorudur.

“Ən yaxşı qısa film”ə verilən “Qızıl palma budağı”nın sahibi isə koreyalı rejissor Mun Bionq –Qonun “Seyf” filmi olub. Mükafatı ona rejissor Ceyn Kempion təqdim edib.

İlk tammetrajlı filmlərinə görə gənc rejissorlara təqdim olunan “Qızıl kamera” mükafatı isə “İlo-İlo” filminə görə sinqapurlu rejissor Antoni Çenə verilib.

Xatırladaq ki, 66-cı Kann festivalının açılışı mayın 15-də baş tutmuşdu. Festivalın açılışında Baz Lurmanın “Möhtəşəm Qetsbi” filminin premyerası olmuşdu.

Rejissor Stiven Spilberqin rəhbərlik etdiyi münsiflər heyətində rejissor Enq Li, Kristian Munciu, Namoi Kavase, ssenarist Linn Remsi və aktyorlar Vidya Balan, Daniel Otoy, Nikol Kidman və Krtistof Vals yer alıblar.

# 4558 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

14:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər