Yazıçı kino tariximizin salnaməsini yazdı – Yeni nəşr

Yazıçı kino tariximizin salnaməsini yazdı – Yeni nəşr
5 fevral 2021
# 15:32

Kino tariximizin 4 cildlik salnaməsi çap edilib.

Kulis.az xəbər verir ki, Azərbaycan kinosu tarixində ilk dəfə 120 illik kino tariximizin 4 cildlik salnaməsi çap edilib. Nəriman Əbdülrəhmanlının müəllifi olduğu kitabı Azərbaycan Kinematoqrafçılar İttifaqı çap edib.

Layihənin rəhbəri Rüstəm İbrahimbəyov salnamə haqqında fikirlərini bildirib: “Nəriman Əbdülrəhmanlının fundamental dördcildlik tədqiqatında Azərbaycan kinosunun yarandığı vaxtdan bu günə formalaşma prosesini izləmək mümkündür. Araşdırmanın faktoloji mənada zəngin olan mətni quruluş cəhətdən maraqlı dramaturgiyaya malikdir, tarixi prosesi müxtəlif rakurslardan – xronoloji, janr, tematik, konseptual və s. – nəzərdən keçirməyə imkan verir. O da vacibdir ki, kinomuzun tarixi, ayrı-ayrı dövrlərdə istehsal edilən filmlərin sayına, başlıcası isə ekran əsərlərinin məzmununa və bədii təcəssümünə əhəmiyyətli dərəcədə təsir göstərən genişmiqyaslı ictimai-siyasi proseslər kontekstində araşdırılıb”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, dördcildlik “Azərbaycan kino sənəti tarixi” tədqiqatı Azərbaycan Demokratik Respublikasının 100, Azərbaycan kinosunun 120 illik yubileylərinə həsr olunub. Kino dərsliyi, kino tarixi, kinoşünaslıq nəşrləri sahəsində boşluğu doldurmağı vacib hesab edərək bu sahədə nəşrlər davam edəcək.

Xatırladaq ki, bu kitab İttifaqın sayca ikinci nəşridir. İlk nəşr rejissor Həsən Seyidbəylinin 100 illik yubileyi ilə əlaqədar çap olunan "Həsən Seyidbəyli: şəxsiyyət və yaradıcı" kitabıdır.

Hər iki nəşrin üz qabığının müəllifi Rəsul Həsənidir.

# 3094 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor “Harry Potter”in heyətinə daxil edildi

Məşhur aktyor “Harry Potter”in heyətinə daxil edildi

11:40 26 avqust 2026
"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

18:00 25 avqust 2026
Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

17:45 21 avqust 2026
"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər