Bu günlərdə filologiya elmləri doktoru, professor Salidə Şərifovanın “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” adlı monoqrafiyası çapdan çıxıb.
Kulis.az xəbər verir ki, monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb. Beş fəsil və 164 səhifədən ibarət monoqrafiyada Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, şair, yazıçı, publisist, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcovun yaradıcılığı geniş şəkildə tədqiq edilib. Monoqrafiyada Fərəc Fərəcovun həyatı, bədii və elmi publisistikası, qələmə aldığı nəzm və nəsr əsərlərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri geniş təhlil edilərək, oxuculara təqdim olunur.
Akademik İsa Həbibbəyli monoqrafiyanın “Əməldə və əsərlərində özünüifadə nümunəsi” adlı "Ön söz"ündə monoqrafik tədqiqatı Fərəc Fərəcovun yaradıcılıq fəaliyyətinin danışan dili kimi qiymətləndirib: “Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” adlı monoqrafiyasında ilk dəfə olaraq yazıçı-publisistin həyatı və yaradıcılıq yolu geniş şəkildə təhlil olunub elmi cəhətdən qiymətləndirilmişdir. Yaxşı cəhətdir ki, Salidə Şərifova Fərəc Fərəcovun yaradıcılığını yalnız mövzu dairəsinə və ideya cəhətdən aktuallığına görə deyil, həm də bədii-sənətkarlıq xüsusiyyətləri ilə birlikdə tədqiq edib nəzəri cəhətdən ümumiləşdirir. Təqdim olunan monoqrafiya yaradıcılığı az tədqiq və təbliğ olunmuş Fərəc Fərəcovun ədəbi portretini açıb göstərən əhəmiyyətli elmi oçerklərdir. Tanınmış yazıçı-publisist Fərəc Fərəcov haqqında yazılmış kitab əməlləri və əsərləri ilə özünü həyatda və ədəbiyyatda təsdiq etmiş təmkinli Azərbaycan ziyalısı və özünəməxsus xidmətləri olan yazıçı-publisist Fərəc Fərəcovun yaradıcılıq fəaliyyətinin danışan dilidir”.
“Sənətkarın elmi pasportu-22” seriyasında çap olunmuş monoqrafiyanın elmi məsləhətçi akademik İsa Həbibbəyli, rəyçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Tehran Mustafayev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.
Fərəc Fərəcov haqqında monoqrafiya çap olunub
Oxşar xəbərlər
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları
14:00
30 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı
17:00
28 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi
16:10
28 sentyabr 2026
“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu
13:47
28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı
15:09
27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı
14:00
26 sentyabr 2026