Xalq artistinin ölümü ilə bağlı versiyalar

Xalq artistinin ölümü ilə bağlı versiyalar
12 sentyabr 2012
# 10:20
Şənbə günü rus aktyoru Aleksandr Belyavski yaşadığı evin pəncərəsindən yıxılıb və yerindəcə dünyasını dəyişib. Əvvəla onu deyim ki, biz onu “Görüş yerini dəyişmək olmaz”, “Həmişə təmizlikdə” filmlərindən tanıyırıq. Bir az Georgi Vitsinə bənzərliyi olan bu aktyorun özünə məxsus yaradıcılığı və xarakterik obrazları var.

Rusiya mətbuatı dərhal onun intihar etdiyi barədə məlumat yaydı, ancaq bəzi araşdırmalar bunun əksini deyir. İndi mən onların yazdıqlarını sizə təqdim edim, görün bu intihardır, yoxsa bədbəxt hadisə, bəlkə başqa versiya da ola bilər?

Belyayevskinin 80 yaşı var, bir müddət əvvəl insult keçirib, ayaqları yaxşı işləmir, hətta əsa ilə çətinliklə yeriyirmiş. Uzun müddət yataq xəstəsi olub, amma həyat eşqi olan adamdır, depressiyaya düşməyib. İki dəfə ailə qurub, hər iki nikahdan bir qızı var. Birinci xanımından olan qız böyükdür, ikincidən olanın 10 yaşı var. Aktyor hər iki ailəsini çox sevir və ailələr yanaşı bloklarda qalırlar. Belyavski özü ikinci ailəsi ilə üçüncü mərtəbədə yaşayırmış. Ailələri arasında münasibət səmimi imiş, hər halda birinci xanımı və qızı belə deyirlər.

Hadisə olan vaxt ikinci xanımı və qızı həyətdə gəzişirmişlər. Belyavskinin pəncərədən həyətə qəflətən ağır daş kimi düşüb, həyatla vidalaşdığını gözləri ilə görüblər.

Polisin dediyinə görə, xalq artisti yaşadığı üçüncü mərtəbədəki evinin pəncərəsindən deyil, beşinci mərtəbədəki blokun pəncərəsindən düşüb. Müxtəlif versiyalar səslənir – ola bilsin ki, aktyor özünü pis hiss edib, hava almaq üçün yuxarı çıxıb, pəncərədən ailəsinə baxmaq istəyərkən yıxılıb.

Qonşuların dediyinə görə xəstə olmasına rəğmən, aktyorun əhval-ruhiyyəsi həmişə yaxşı olub. Kasıb olsalar mehriban yaşayırmışlar.

Xalq artisti son vaxtlar səhhətinə görə filmlərə çəkilə bilmirmiş. Axırıncı dəfə çəkildiyi “Həmişə təmizlikdə” filminin yeni versiyasında səsi də özünün deyildi, çünki nitqində qüsur əmələ gəlmişdi.

Böyük qızı iddia qaldırıb ki, atamı kimsə itələyib, çünki o, həyatsevər adam idi, intihar edə bilməzdi. Məsələ araşdırılır.

Polislər müxtəlif versiyalar irəli sürür, dəqiq bir şey demirlər. Ancaq güman edilir ki, Aleksandr Belyavski diqqətdən kənarda qalmağının, içinə qapanmağının bu hadisə ilə bağlılığı var.

Ramilə Qurbanlı
# 2576 dəfə oxunub

Oxşar xəbərlər

Maykl Cekson haqqında  bioqrafik film tənqidlərə rəğmən rekord qırdı

Maykl Cekson haqqında bioqrafik film tənqidlərə rəğmən rekord qırdı

14:00 28 aprel 2026
“Qəbələdə kino günləri”  başlanır

“Qəbələdə kino günləri” başlanır

13:30 28 aprel 2026
"Mikrorayon" Türkiyədəki mafiya seriallarının çoxundan yaxşıdır...  - Vüqar Van

"Mikrorayon" Türkiyədəki mafiya seriallarının çoxundan yaxşıdır... - Vüqar Van

16:15 27 aprel 2026
Sokurov Moskva Film Festivalında mükafatsız qaldı: "Fikirlərini dəyişdilər"

Sokurov Moskva Film Festivalında mükafatsız qaldı: "Fikirlərini dəyişdilər"

17:00 24 aprel 2026
“Sükut içində addımlar”  filmi Beynəlxalq Film Festivalında

“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında

16:02 24 aprel 2026
48-ci Moskva Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

48-ci Moskva Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

10:40 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər