“Ceyhun Mirzəyevi biz döyürdük”
14 aprel 2011
11:38
Əli bu işlə uşaqlıqdan məşğuldur. Amma onda qonarar almırdı. Hətta bir dəfə anası axtara-axtara gəlib görür ki, Əli çayın buzunu sındırıb orda çimir. Ana özündən gedir, çünki o vaxt Əlinin cəmi 3 yaşı vardı. İndi onun buzlu çayda çimməsi nədir, oddan, yanan zirehli texnikadan, maşın altından sağ-salamat çıxması heç kimdə təəccüb doğurmur. Sadəcə bu Əlinin peşəsidir, sevə-sevə məşğul olduğu peşə, kaskadyorluq. Film titrlərində onun da adı yazılır. O bizimlə danışmağa həvəslə razı oldu
Boks və qaçış üzrə çempion
“Kaskadyorluğun məktəbi yoxdur. Mən Qırğızıstanda təlim keçmişəm. Uşaqlıqdan idmanla məşğul olurdum. Çox da dəcəl idim, indi özüm üçün aydın olub ki, belə riskli peşələrə sahib olmaq üçün gərək elə də uşaqlığın ola. Belə şuluq uşaqları yığıb məşğul olmaq lazımdır, onlardan kaskadyor düzəltmək olar, əks halda enerjiləri yanlış yerlərə sərf olunur. Uşaqlıqdan baş vurmadığım iş qalmayıb. Ən çox sevdiyim isə idman və rəssamlıqdır. Heç ağlıma gəlməzdi ki, kaskadyor olacam, filmlərə çəkiləcəm. İdmanla mütəmadi məşğul olurdum, boks üzrə Azərbaycan çempionu olmuşam, Rusiyada qaçış üzrə çempion olmuşam”.
Bizim kinolardakı tryuk səhnələrini qırğız qururdu
“Hamı düşünür ki, yəqin düşünmədən özünü oda atmaq elə kaskadyorluqdur, yox, elə deyil, bu işin də bütün peşələr kimi öz elmi var. Düşünüb, hər şeyi ölçüb-biçib etməsən risk daha böyük olur. Gənclərdən mənə çox müraciətlər olur ki, bizi öyrət, bu işi necə mənimsəyək? Baza şəraitimiz olmadığına görə müraciət edənlərə bir yol göstərə bilmirəm. Ölkə başçısına müraciət də etmişdim ki, bir baza yaratmaqda köməklik göstərsin, heç nə istəmirəm elə bir yer olsun mən onlarla məşğul olum, öyrədim. Düzdür, 3 ildir Azərbaycan Kaskadyorlar Assossiasiyası dövlət qeydiyyatından keçib, amma hələ ki, bir yerimiz, bazamız yoxdur”.
“Mən bu işi peşəkar səviyyədə bilirəm. Mənə respublikanın əməkdar mədəniyyət işçisi adı da verilib. Həm Rusiya, həm də Qırğızıstan Peşəkar Kaskadyorlar Assosiyasıyasının üzvüyəm. Qırğızıstanda Kudarbekinov adlı bir kaskadyor vardı, onlara rəhbərlik edirdi. Sovet vaxtı bizim də filmlərdə tryuk səhnələri o qururdu. Sonra rəhmətə getdi. Filmlərə 1989-cu ildən çəkilirəm. 25-30 filmdə iştirak etmişəm, tryuk səhnələri qurmuşam. “Fəryad” filmində bütün döyüş səhnələrini mən qurmuşam. Orda tankdan yana-yana çıxırdım.
Yüksək temperaturda 15 saniyə
- Yəqin ki, belə hallarda əyninizdə gec yanan materialdan paltar olur?
- Həmin anda səhnəni yaratmaq üçün çox olsa 15 saniyə bəs edir, əynimizdəki paltar isə 30-40 saniyəyə ancaq alışıb yana bilər. Kadr hazır oldu, vəssalam dərhal bizi müəyyən olunmuş maddə ilə söndürürlər, çaşıb kimsə üstümüzə su atsa, o da təhlükəlidir, çünki buxar dərhal içəri verəcək və bədən yanacaq. “Fəryad” filmində evdə olan atışma səhnələri, bizim əsgəri vururlar aşıb düşür yerə, onlar hamısı kaskadyor işidir. Ceyhun Mirzəyevin döyülmə səhnəsi.
Ceyhun Mirzəyevi biz döyürdük
- Sizi döyürdülər?
- Yox, biz döyürdük, sadəcə üzümüz görünmürdü. Cahangir Mehdiyevin “Girişmə öldürər” filmində olan detektiv səhnələr mənim işimdir. Əbdül Mahmudovun “Gecə qatarında qətil” filmindəki aid səhnələr, “Şahid qız” filmində maşının partladılması səhnəsində Həsən Məmmədova dublyor idim.
- Ölümə hazır vəziyyətdə gedirsiniz bu işə, yoxsa özünüzə arxayınsınız ki, bacarıram və öhdəsindən gələcəm?
- Ehtiyat həmişə igidin yaraşığıdır, hər şey ola bilər. Əvvəldən o riski gözümə alıram, həyəcanı keçirdirəm, sonra iş görürəm. İşi həyəcanla görsəm səhv edə bilərəm. Özüm öz həyəcanımı, daxili hisslərimi idarə etməyi bacarmalıyam. Ölmək haqda düşünmürəm, yalnız işi dəqiq qurmaq haqda düşünürəm.
- Əzim Əzimzadəni bitirmisiniz. Rəssamlıqla məşğul olmusunuzmu?
- O da incəsənətdir, bu da. Kaskadyorluq idman növüdür, amma orda da incə işləməyi bacarmalısan. Həm də gördüyün iş gözəl olmasa baxımlı olmaz.
- Rəssamlığı isə tamam atdınız?
- Rəssamlıqla artıq məşğul deyiləm, amma filmlərdə kadrları quranda eskizləri özüm qururam.
Klipə çəkilməklə dolanıram
- Kaskadyorluqda məvacib çoxdur?
- Bizdə yox, dünyada bütün riskli işlər yüksək məvaciblə qiymətləndirilir. Biz kliplərə, reklamlara çəkilməklə birtəhər dolanırıq də.
- Hər halda gördüyünüz işin müqabilində, riskin müqabilində aldığınız heç nədir?
- Yaratdığım işlər qalacaq, bu iş məni yaşadır, pul gəldi-gedərdir.
- Həm də müharibə veteranısınız?
- Könüllü getmişdim cəbhəyə, düşündüm ki, işimə görə orda lazım olaram. Doğrudan da lazım olurdum, xüsusi təyinatlı işlər görürdüm. Elə Göranboyda hərbi xidmətdə olanda həm də o vaxt orda çəkilən “Fəryad” filminə dəvət aldım. Cəbhədə bir işimə görə, 15 gün istirahət verirdilər mənə, həmin vaxt filmlərdə işləyirdim. Cəbhədə gördüyüm işi gəlib filmdə də görürdüm. Bəzən çəkilişlər məni gecikdirəndə rahatlıq tapmırdım ki, axı cəbhədə görəcəyim işin vaxtı çatıb mən niyə burdayam.
Qızım mənimlə fəxr edir
- Deyəsən, “Dronqo” filmi burda çəkiləndə siz işləmisiniz onlarla?
- Çingiz Abdullayev NTV-nin qarşısında məsələ qaldırmışdı ki, burda çəkiləcək hissələrdə bizim aktyorlar, bizim texniki işçilər çəkilsin. Ona görə məni də dəvət etdilər, razı da qaldılar. Rüstəm İbrahimbəyovun ssenarisi ilə “Dağıdılmış körpülər” adlı Amerika filmində də çəkilmişəm.
- Çəkindiyiniz iş olub?
- Yox.
- Hansı yaşda bu işdən əl çəkmək lazımdır?
- İnsanın öz fiziki vəziyyətindən asılıdr. Mən kaskadyor tanıyıram ki, 60 yaşı var, hələ işləyir.
- Övladınız var?
- Qızım var.
- Demir ki, ata, özünlə bərabər məni də riskə atma, axı siz onun da həyatı üçün cavabdehsiniz?
- Yox, əksinə fəxr edir mənimlə.
- Son vaxtlar hansı filmlərdə işləmisiniz?
- “Cavad xan”, “Tərsinə çevrilmiş dünya”, “Təsiredici” , “Dolu” son filmlərdir.
Ramilə Qurbanlı

2234 dəfə oxunub
Oxşar xəbərlər
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024