Oğurluq “Sahə”
9 aprel 2011
11:42
Sevda Sultanova
Bu aralar Azərbaycan kinosu özünə təsəlli verir: “Sahə” “ən yaxşı xarici film” nominasiyasında mükafat almasa da, əsas rollardan birinin ifaçısı Timur Oduşev “Hollywood Young Artists Award” (“Hollivudun Gənc Aktyorlar Mükafatı”) layiq görülüb.
1979-cu ildən bəri hər il gənc aktyorlara verilən mükafat mahiyyətcə xüsusi önəm daşımır. Sadəcə gənc aktyorlara diqqəti ifadə edir.
Əslində nəinki bu mükafat, heç Oskar da kino sənətinin dəqiq ölçüsü deyil.
Ən azı ona görə ki, Oskar ara-sıra bəsit filmlərə (“Titanik”, “Aşiq Şekspir”, “Üzüklərin hökmdarı”, “Avatar” ) də verilir və onların kommersiya uğurunda əhəmiyyətli oynayır.
Təbii ki, rejissorun Oskar qazanması dünya kino məkanında, özəlliklə də Hollivudda yeni təkliflər, projelər, əlverişli imkanlar deməkdir.
Yəqin azərbaycanlı rejissor, art-house iddialı olan İlqar Səfət də “Sahə” filmini Oskara təqdim edəndə daha çox əlverişli imkanlara ümid edirmiş.
“Sahə”ni izləyəndə onun Oskarın kandarından geri qaytarılacağını duymuşdum.
Ən azı ona görə ki, İ.Səfət “Sahə”siylə dünya kinosuna yeni nəsə anlatmayıb.
“Sahə”nin italyan Cüzeppe Tornatorenin (Monica Belluccinin rol aldığı məşhur “Malena” filminin rejissoru- S.S) 1994-cü ildə lentə aldığı “Adi rəsmiyyət” dramı ilə eyni olduğunu öncədən də deyənlər vardı.
Yaxınlarda “Adi rəsmiyyət”i izlədim.
Açığı bu qədərini gözləmirdim.
Fəqət ən pisi bu deyil.
Daha pisi İ.Səfətin “Adi rəsmiyyət” in ideyasını, süjetini, strukturunu “Sahə”yə bəzi detalları dəyişməklə köçürməsi, hətta cəsarət edərək filmi xarici festivallara yollamasıdır.
Bilməyənlərə deyim ki, “Adi rəsmiyyət”də fobiyalarından, daxili əndişələrindən, yaradıcı krizisdən əziyyət çəkən yazıçı, “Sahə”də də eyni vəziyyəti yaşayan fotoqrafçı qeyri-adi şəraitdə sorğu –suala çəkilir.
Tornatore filmdə konflikti intellektual, dərin, gərgin psixoloji oyuna çevirdiyi halda, İ. Səfət qəhrəmanın keçmişi və indisi arasında konflikti əsaslandıra bilmir.
“Sahə” nin sinopsisində qəhrəmanın qorxusunun qadınlarla bağlı olduğu yazılısa da, rejissorun bu ideyası filmdə dolğun həllini tapmayıb.
“Sahə” ucuz Hollivud melodramlarına xas olan “happy end”lə bitir.
Tornatore də finalı qəhrəmanın xeyrinə həll edib.
Hadisələrin yaxşılığa doğru getməsi o qədər məntiqidir ki, hətta filmin başqa cür bitməsini gözləmirsən.
Amma...Rejissor eyni zamanda finalla tamaşaçını xəfif ağrıya və dərin boşluğa sürükləyir.
Azərbaycanda film çəkmək üçün yetərincə xammal var.
Cəmiyyətdəki sosial, psixoloji, ictimai problemlərin İ.Səfətə isə sanki heç dəxli yoxdur.
Daha asan yolu seçən rejissor Avropanı imitasiya etməyi üstün tutub.
Dünya kinosunda yer tutmaq üçün özümüzü çəkməliyik.
Olduğu kimi. İmitasiyasız-filansız.

2008 dəfə oxunub
Oxşar xəbərlər
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024